Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2034

“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində görüş keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və British Council (Britaniya Şurası) ilə birgə Azərbaycanda yaradıcı sənayelərin inkişafına dair “Azərbaycanda Yaradıcı  İqtisadiyyatın İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində britaniyalı ekspertlərlə onlayn görüş baş tutub.

Görüşdə Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelərə dair İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, müvafiq struktur bölmə rəhbərləri nazirliyi təmsil ediblər. Eyni zamanda British Council Azərbaycan ofisinin rəhbəri Samr Şah, təşkilatın nümayəndəsi Dilarə İbrahimova və Böyük Britaniyanın yaradıcı sənayelər üzrə ekspertləri Gail Caig, Jon Zeff, John Newbigin görüşdə iştirak ediblər.

Görüşdə ilk öncə British Council Azərbaycan Ofisinin rəhbəri Samr Şah və nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış ediblər. Samr Şah öz nitqində Mədəniyyət Nazirliyinin Azərbaycanda yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlarını dəstəklədiyini və bu işdə Böyük Britaniyanın təcrübəsini təşkilat olaraq bölüşməyə hazır olduqlarını qeyd edib. Vasif Eyvazzadə isə öz növbəsində British Council və Mədəniyyət Nazirliyi arasında uzun illərdir davam edən sıx əməkdaşlıq əlaqələrindən bəhs edərək, 2018-2019-cu illərdə yaradıcı sənayelər sahəsində iki qurum arasında görülən işləri yüksək dəyərləndirib.

Daha sonra  yaradıcı sənayelər üzrə mütəxəssis və Creative England təşkilatının həmtəsisçisi John Newbigin Böyük Britaniyanın bu  sahədə keçdiyi yol və əldə etdiyi təcrübədən bəhs edib. Təqdimat çərçivəsində John Newbigin yaradıcılığın və yüksək texnologiyaların sıx əlaqəsini təcəssüm etdirən və hər il təşkil olunan CreaTech layihəsinin vacibliyini vurğulayıb.

İslahatlar sahəsində ixtisaslaşmış və uzun müddət Creative England təşkilatının islahatlar üzrə rəhbəri olaraq çalışmış Gail Caig Böyük Britaniyanın mövcud dövlət strukturu, mədəniyyət sahəsində dövlətin siyasətini həyata keçirən Mədəniyyət, Media və İdman Departamenti barədə iştirakçılara məlumat verib. Həmçinin, xanım Caig ölkənin yaradıcı sənayelərə dair sahələrin idarə olunması ilə məğul olan agentliklərin vəzifələri və strukturu barədə danışıb.

Dörd ildən çox Creative Industries Council (Yaradıcı Sənayelər Şurası) təşkilatında çalışan və bu sahədə geniş biliklərə malik Jon Zeff yaradıcı sənayelərin inkişafı üçün dövlət və özəl sektor tərəfindən təqdim olunan fondlar, dövlətin bu sahələrə maliyyə dəstəyi, kiçik biznesin dəstəklənməsi, rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması barədə Böyük Britaniyanın təcrübəsini bölüşüb.

Daha sonra Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, digər görüş iştirakçıları və xarici ekspertlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib