Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2666

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Tovuz rayonunda yerləşən Mədəniyyət evinə baxış keçirmişdir. Burada həyata keçirilən yenidənqurma işləri haqqında məlumat verilib. Bildirilib ki, yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir, qısa zamanda Mədəniyyət evi istismara hazır vəziyyətdə olacaq.

Həyata keçirilən təmir-bərpa işlərinin yekunlaşması, istismara hazırlıqla bağlı görülməli olan bir sıra vacib məqamlar diqqətə çatdırılıb.

* * *

Azad Cəfərli sonra Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinə baxış keçirmişdir. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış tarixi abidə haqqında məlumat verilib.

Dövlət Xidmətinin rəsmisi tarixi abidənin qorunması istiqamətində atılmalı olan vacib addımları vurğulayıb.

* * *

Azad Cəfərli daha sonra “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub. Ötən ilin dekabrında Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra arxeoloji tapıntılara rast gəlindiyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 11-14 kilometrliyində arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır.

Dövlət Xidmətinin rəsmisi qoruğun gələcək fəaliyyət istiqamətləri, görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı