Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1210

“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu

2021-ci il Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümüdür. Müstəqil Azərbaycanın yaşıdı olan qəzet ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkənin kütləvi informasiya vasitələri arasında, müasir mətbuat tariximizdə özünə layiqli yer tutub. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır.

İlk sayı 1991-ci ilin yanvarında işıq üzü görən qəzetin səhifələrində son 30 ildə mədəniyyət tariximizin salnaməsi əks olunub. Bu salnamənin böyük bir hissəsini eyni zamanda elektron formatda izləmək mümkündür. Qəzetin internet saytı (www.medeniyyet.az) hazırda ölkəmizdə mədəniyyətlə bağlı zəngin elektron resursdur. Ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, “Kitab”, “Afişa” əlavələri də nəşr olunub.

Nəşr ömrünün 30 yaşa çatması “Mədəniyyət”in redaksiyasında uzun illər çalışan, eləcə də burada nisbətən yeni fəaliyyətə başlayan hər bir əməkdaş üçün əlamətdar hadisədir.

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri vəzifəsini icra edən Məhəmməd Həmzəyev fevralın 4-də “Mədəniyyət” qəzetinin redaksiyasında olub, mədəniyyət naziri Anar Kərimovun təbriklərini kollektivə çatdırıblar. Məryəm Qafarzadə bildirib ki, nazirin müvafiq əmrinə əsasən, redaksiyanın kollektivi əlamətdar yubiley münasibətilə mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunub.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın öz tarixinin şanlı səhifəsinə qədəm qoyduğu bir vaxtda mədəniyyətin idarə olunması, mədəni inkişafın günün tələbləri səviyyəsində qurulması vacibdir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən həm forma, həm də məzmunu ehtiva edən islahatlara başlanılıb və bu, informasiya və kommunikasiya sahəsində də  qarşıya  yeni vəzifələr qoyur. Qarabağa “Böyük Qayıdış” proqramına başlanılması, ölkə Prezidenti tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Nizami Gəncəvi İli”nin elan olunması 2021-ci ilin mədəniyyət sahəsi üçün çox zəngin olacağını deməyə əsas verir. Bu işdə mətbuatın, kütləvi informasiya vasitələrinin də üzərinə önəmli məsuliyyət düşür. “Mədəniyyət” qəzetinin indiyədək bu xüsusda mühüm rolu olduğunu qeyd edən M.Qafarzadə əmin olduğunu bildirib ki, qəzet bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. Şöbə müdiri yubiley münasibətilə kollektivi təbrik edərək, qəzetə yeni uğurlar arzulayıb.

Sonra qəzetin əməkdaşlarına nazirliyin təşəkkürnamələri təqdim olunub.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev kollektiv adından Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, redaksiyaya göstərilən diqqət, qəzetin fəaliyyətinə verilən qiymət kollektiv üçün təşviq, stimul olmaqla bərabər, eyni zamanda daha böyük məsuliyyətdir. 2020-ci ilin şanlı zəfərindən sonra Azərbaycanın tarixində başlanan yeni dövr mədəniyyətimiz üçün də yeni inkişaf, intibah deməkdir və biz də bu yolda, kiçik də olsa, öz töhfəmizi verməyə davam edəcəyik.

Sonda qəzetin kollektivi ilə xatirə fotosu çəkdirilib.

XƏBƏRLƏR

19.04.2021 16:26
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin Bədii seçim mərhələsi başa çatıb
19.04.2021 14:35
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
19.04.2021 12:13
Azərbaycan Respublikasının Milli Komissiyası ilə ICESCO arasında məsləhətləşmələr aparılıb
19.04.2021 11:38
Mədəniyyət Nazirliyinin nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyası yaradılıb
19.04.2021 10:22
Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib.
16.04.2021 18:41
Eldar Tofiq oğlu Quliyev
15.04.2021 16:53
Mədəniyyət Nazirliyi beynəlxalq tərəfdaşlarla birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına başlayır
15.04.2021 14:56
Tanınmış alim və mədəniyyət xadimi Adilxan Bayramov vəfat edib
15.04.2021 12:20
Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbirlər keçirilib
13.04.2021 18:43
Nazir Anar Kərimov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb
12.04.2021 10:49
Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
09.04.2021 15:40
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
09.04.2021 12:00
Professor Fərid Ələkbərli vəfat edib
08.04.2021 17:53
Azərbaycanla Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu
08.04.2021 14:07
“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimat mərasimi keçirilib
05.04.2021 17:01
“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi
05.04.2021 15:42
Rafiq Hüseyn oğlu Hüseynov
05.04.2021 11:55
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (International Fund for Cultural Diversity, IFCD) layihə qəbulunu açıq elan edir
02.04.2021 14:26
Mədəniyyət naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş keçirib
02.04.2021 12:05
“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir
31.03.2021 18:56
Mart qırğınlarının 103-cü ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib
31.03.2021 16:31
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası keçirilir
31.03.2021 13:59
Nazir Anar Kərimov Mərakeş Krallığının ölkəmizdəki səfiri ilə görüşdü
30.03.2021 15:48
"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin qalibləri müəyyənləşib
29.03.2021 17:56
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
29.03.2021 17:08
Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirildi
29.03.2021 14:01
Moskvada Nizami Gəncəvinin 880 illiyi münasibətilə Qara Qarayevin “Yeddi gözəl” baletinin növbəti nümayişi olacaq
20.03.2021 13:36
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Novruz bayramı münasibətilə ictimaiyyətə təbriki
20.03.2021 13:22
Milli İncəsənət Muzeyində “Novruz ahəngi”
19.03.2021 10:43
“Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi” mövzusunda seminar keçirildi
18.03.2021 17:54
Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” mövzusunda videokonfrans keçirildi
18.03.2021 16:32
Mədəniyyət naziri Anar Kərimov İranın ölkəmizdəki səfiri ilə görüşdü
17.03.2021 12:58
“Sirlər xəzinəsi” intellektual müsabiqəsi elan olunur
17.03.2021 11:18
“Novruz naxışları” sərgisi açılıb
16.03.2021 12:14
Ölkəmizdə mədəniyyət sənayelərinə fiziki məhdudiyyətli insanların cəlb olunması diqqət mərkəzindədir
12.03.2021 12:02
Azərbaycan ilə İordaniya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
11.03.2021 14:29
İstanbul Beynəlxalq Naşirlər Görüşündə Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirilib
11.03.2021 08:56
Milli Teatr Günü qeyd olunub