Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2891

Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində  anadan olub. 1987-ci ildə  Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində  çalışıb.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII  Sankt-Peterburq  Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Məlumat üçün qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılan və ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən ixtisaslaşmış təhsil müəssisəsidir. Akademiyanın yaradılması ilə regionda, xoreoqrafiya sənəti sahəsində ilk unikal çoxpilləli və fasiləsiz təhsil sisteminin əsası qoyulub. Eyni zamanda  fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksi olan  BXA yaradılarkən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlanması, Azərbaycanda xoreoqrafiya təhsili sənətinin inkişaf etdirilməsi məsələləri strateji məqsəd kimi akademiyanın qarşısında qoyulub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi