Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2157

Azərbaycan İstanbul Beynəlxalq Naşirlər Görüşündə təmsil olunur

Martın 9-da İstanbulda 6-cı Beynəlxalq Naşirlər Görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan fəxri qonaq ölkə qismində iştirak edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Lalə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, həmçinin "Şərq-Qərb", "Qanun", "Hədəf nəşrləri", "Xan", "Qədim qala", "Altun", "Parlaq imzalar", "Alatoran", "Ağıllı bala", "Üçbucaq", "Libra" nəşriyyatının nümayəndələri və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda İstanbulda səfərdədir.

Martın 9-da ölkəmizin nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu əməkdaşlarının da qatıldığı açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Çap Yayım Məslək Birliyi, İstanbul Valiliyinin nümayəndələri çıxış ediblər. Bildirilib ki, 60 ölkədən 351 naşirin qatıldığı tədbir çərçivəsində çoxsaylı görüşlər, habelə Azərbaycan kitab sənayesi və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.

Açılış mərasiminin sonunda Türkiyə Elm Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan tərəfindən Azərbaycan nümayəndə heyətinə plaketlər təqdim edilib.

Tədbirin ilk günündə müxtəlif adda kitabların nümayiş olunduğu Azərbaycan stendinin və görkəmli rəssamlarımızın əsərlərinin fotolarından ibarət sərginin açılışı keçirilib. Azərbaycanın "Qanun" nəşriyyatı türk ədəbiyyatının dilimizə tərcüməsi və təbliğinə görə ilk dəfə təqdim olunan “İstanbul Müəllif Haqları Mükafatı” üzrə II yerə və pul mükafatına layiq görülüb.

Günün sonunda azərbaycanlı musiqiçilər Dərya Məmmədova, Ələddin Hacıyev, Anar Ələkbərli və Hicran Cəfərov sevilən bəstəkar mahnıları ilə qonaqların könlünü oxşayıblar.

İstanbul 6-cı Beynəlxalq Naşirlər Görüşü martın 11-dək davam edəcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi