Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2773

Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” mövzusunda videokonfrans keçirildi

Martın 18-də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyinə həsr olunmuş “Arazdan Turana” adlı videokonfrans keçirildi.

Konfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Videokonfransda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, konfransın “Arzadan Turana” adlandırılması təsadüfi deyil. Abdulla Şaiq bütün yaradıcılığı boyu türkçülük amallarına xidmət edib: “Azərbaycanda ilk türk ocağının yaradıcısı olan Abdulla Şaiqin gənclərə aşılamaq istədiyi amallar bu gün də aktualdır. “Birləşəlim, türk oğlu, bu yol zəfər yoludur” deyən şair hər zaman türkçü, turançı olub”.

* * *

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov təşkilatçılara təşəkkürünü bildirdi, Abdulla Şaiqin milli şüurun formalaşmasında rolundan söz açdı. Qeyd etdi ki, şair XX əsr Azərbaycan ədəbiyyatında təkrarsız mövqeyə malik yazar, milli ideologiyanın təməlini qoyan aydınlarımızdan biridir: “Abdulla Şaiqin ədəbi-ictimai fəaliyyətə başladığı dövr çox mürəkkəb idi. Ədəbiyyat və incəsənətdə yeni mərhələnin yarandığı həmin tarixi məqamda yazıçıdan yüksək cavabdehlik tələb olunurdu. Abdulla Şaiq bu çətin və şərəfli missiyasının öhdəsindən layiqincə gəlib”. Abdulla Şaiqin yaradıcılığında uşaq ədəbiyyatının prioritet təşkil etdiyini vurğulayan nazir bildirdi ki, bunun da əsasında şairin pedaqoji fəaliyyəti dayanır. Pedaqoq kimi böyük nüfuz qazanmış Abdulla Şaiq uşaq ədəbiyyatının da yaradıcılarından biri idi. Ədibin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və s. əsərləri dünya uşaq ədəbiyyatının diqqətəlayiq nümunələrindəndir: “Onun elmə, təhsilə səsləyən roman, povest və hekayələri ədibin adını ədəbiyyatımıza qızıl hərflərlə yazıb.

Anar Kərimov çıxışının sonunda konfrans iştirakçılarını şanlı Qələbəmiz və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzuladı.

* * *

Daha sonra konfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib.

Konfransda çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd etdi ki, Abdulla Şaiq yeni dövrün tələblərinə uyğun olaraq öz yaradıcılığında yeni bir mərhələ açıb: “Biz Şaiqin yaradıcılığında romantizmlə realizmin paralel inkişaf etdiyini, çox zaman vəhdət təşkil etdiyini görürük”.

AYB-nin sədri, Xalq yazıçısı Anar Abdulla Şaiqi xoşbəxt yazıçı adlandırdı. Bildirdi ki, Azərbaycanda dil açan hər bir uşaq artıq bir əsrdən çoxdur ki, onun şeirləri ilə danışır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva şairin çoxşahəli fəaliyyəti ilə yanaşı türkçülük istiqamətində xidmətlərindən danışıb: “Abdulla Şaiq ümumtürk ruhunda məktəblərin açılmasının tərəfdarı idi. Onun həmin məktəblərdə yetişdirdiyi şagirdlər sonralar bütün türk dünyasının görkəmli şəxsiyyətlərinə çevrildi. “Türk ocaqları”nın yaradılmasına təşəbbüs göstərən şairin şeirlərində türkçülük xətti üstünlük təşkil edirdi”.

TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxışında Abdulla Şaiqin 140 illiyi ilə də bağlı təşkilat tərəfindən müxtəlif layihələrin həyata keçiriləcəyini bildirdi.

Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ailəsi və muzeyin kollektivi adından konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Həmçinin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Türk Ocaqları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, Azərbaycan Türk Ocaqlarının başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADPU Quba filialının direktoru Yusif Alı Afşarın çıxışları dinlənildi.

Daha sonra videokonfrans məruzələrlə davam etdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi