Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq" layihəsi çərçivəsində, bu müqəddəs Ramazan ayında və xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gününü qeyd etdiyimiz 10 may tarixində Qafqazın ən möhtəşəm ibadət ocağı olan "Heydər məscidi" barədə qısa videoçarxı təqdim edir.
İslam dini məzhəblərinin birgə ibadət etdiyi bu məscid kompleksi Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilərək 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilib. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib.
Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir.
Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılıb.