Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3651

Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə beynəlxalq vebinar keçirilib

21 may – Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə  “Sülh və inkişaf: Müxtəliflik niyə vacibdir” mövzusunda beynəlxalq vebinar keçirilib. 

“Sülh Əlaqələndiriciləri” (Connectors for Peace) təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu ilə baş  tutan tədbirdə BMT tərəfindən təsis edilmiş bu beynəlxalq gün haqqında məlumat verilərək, onun getdikcə artan aktuallığı nəzərə çatdırılıb. Mədəni müxtəlifliyin dünyada təşviqi istiqamətində birgə səylərin vacibliyindən  danışan moderator açılış nitqi ilə çıxış etmək üçün sözü UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə 2005-ci il Konvensiyasının katibi Tüssan Tiendrebeoqoya verib.

Mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətdə mövcud olan qlobal çağırışlardan bəhs edən T.Tiendrebeoqo bu çağırışlara cavab vermək üçün Konvensiyanın universal alət olduğunu bildirirək bu çərçivədə üzv ölkələrin birgə səylərindən söhbət açıb. 

Panelçilər arasında ilk çıxış edən Azərbaycanın Respublikasının mədəniyyət naziri Anar Kərimov bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edərək müxtəlifliyin beynəlxalq ictimaiyyət üçün önəmindən danışıb. Şərq və Qərb arasında yerləşən Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin mehriban birgəyaşayış məskəni olduğunu qeyd edən nazir, mədəni müxtəlifliyin, multikulturalizmin və dialoqun xalqımızın ənənəvi dəyərlərinə çevrildiyini bildirib. 

Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinin dövlət siyasətində də öz əksini tapdığını qeyd edən Anar Kərimov, ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi müxtəlif strukturların mövcud olduğunu, yerli qanunvericilikdə mədəni özünüifadə müxtəlifliyinin geniş təşviq edildiyini əyani misallarla diqqətə çatdırıb. 

Ölkəmizin təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də multikulturalizm və mədəniyyətlərarası dialoqun aktiv təbliğatçısı olduğunu vurğulayan nazir Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif bölgələrində yerləşən mədəni irs nümunələrinin təmiri və bərpası üçün görülən işlər barədə ətraflı danışıb.

Çıxışda həmçinin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, eləcə də Bakı Beynəlxalq Humanitar Forumları haqqında məlumat verilib.

Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda fəal olduğunu bildirən Anar Kərimov onu da diqqətə çatdırıb ki, Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərində mədəni irs planlı şəkildə məhv edilib və bu ərazilərin 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər mədəniyyətimizə qarşı təcavüz dayandırılmayıb.

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh  üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini bildirib.

Beynəlxalq vebinarda daha sonra çıxış edən Çinin Kommunikasiyalar Universitetinin Paylaşılan Birgə Gələcək İcması İnstitutunun təmsilçisi Yanqi Janq, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının baş icraçı direktoru Maykl Şuman tədbirin mövzusu üzrə müxtəlif aspektlərə toxunublar.
Vebinarın sonunda sual-cavab formatında panel müzakirələri keçirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb