Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3335

Mədəniyyət naziri İslam Əməkdaşlığı Gənclər Forumunun nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 25-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum – İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə İƏGF-ın baş direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və başqaları daxildir.

Nümayəndə heyətini salamlayan Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin qurulduğunu, bunun İslam həmrəyliyinin təbliğinə və möhkəmləndirilməsinə də zəmin yaratdığını məmnunluqla qeyd edib. Müsəlman ölkələrinin gəncləri üçün mədəni inkişafın əhəmiyyətindən söz açan nazir bu məqsədlə birgə fəaliyyətin, İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrin vacibliyini vurğulayıb.  

Səmimi qəbula görə təşəkkürünü bildirən İƏGF rəhbəri Taha Ayhan gənclərdən ibarət geniş hədəf kütləsinə xitab edən təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə yaxından əməkdaşlıq etmək niyyətini diqqətə çatdırıb. O, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəyə həsr olunan layihələrin, Qarabağ Zəfərinin gənclərin gözü ilə tanıdılması, Qarabağın mədəni irsi, mənəvi dəyərlərinin təbliği ilə bağlı sərgi və digər tədbirlərin, mədəniyyət festivalının keçirilməsi barədə təkliflərini səsləndirib.

Azərbaycanın tarixi Qələbəsinə, Qarabağın zəngin mədəni irsinin təbliğinə həsr olunan layihələrə dair fikirləri dəstəkləyən nazir Anar Kərimov gənclər arasında mübadilənin əhəmiyyətini qeyd edib. 

Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsindən bəhs edən nazir bu ilin yanvar ayında İCESCO rəhbərinin ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüslə çıxış etdiyini də diqqətə çatdırıb. Eyni zamanda TÜRKSOY təşkilatının Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi barədə təklifindən danışan Anar Kərimov bunun Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisi olduğunu deyib.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuz ilə yaxın müddətdə mədəni və təbii irsimizin vandalizmə məruz qaldığını və məqsədyönlü şəkildə dağıdıldığını deyən Anar Kərimov əlavə edib ki, bu siyasət, həmçinin bir əsrdən artıq dövrdə Ermənistan ərazisindəki, o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvandakı tarixi abidələrimizə, Türk-İslam mədəni irsinə qarşı həyata keçirilib. Nazir bu həqiqətlərin dünya ictimaiyyətinə, ələlxüsus İslam ölkələrinin gənclərinə çatdırılmasında təşkilatın vacib rol oynaya biləcəyini qeyd edib.

Söhbət zamanı gənclərlə işin əhəmiyyətini xüsusi vurğulayan Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlara toxunub, Azərbaycanın mədəni irsinin qorunması, saxlanılması, mədəniyyətimizin dünyada təbliği, gənclərə milli-mənəvi dəyərlərin aşılanması və gənc nəslin milli ruhda tərbiyəsi işində nazirliyin fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası” və bu istiqamətdə görülən digər işlər barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə birgə əməkdaşlıq çərçivəsində sadalanan mövzulara dair fəaliyyətin səmərəli nəticələr verəcəyindən əminlik ifadə edilib.

Görüşdə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” və Türkiyədə “Bizim Yunus İli” elan edilməsi ilə əlaqədar qardaş ölkə ilə ortaq mənəvi sərvətimiz hər iki mütəfəkkirin irsinin İslam dünyasında və xüsusilə gənclər arasında daha geniş təbliğinə istiqamətlənən tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib.

Birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əlaqələri gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcəklərini bildirən İƏGF rəhbəri İslam həmrəyliyinə, gənclərin mədəni inkişafına, mənəvi zənginliyinə istiqamətlənən layihələrin reallaşdırılmasına təşkilat tərəfindən məmnuniyyətlə dəstək göstəriləcəyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi