Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1695

Latın Amerikası ölkələrinin media nümayəndələri Dövlət Xidmətində olublar

23-29 avqust tarixində Azərbaycan Respublikasının Meksika Birləşmiş ştatlarındakı Səfirliyinin dəstəyi ilə – Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri ölkəmizdə səfərdədir.

Səfər 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, azad edilmiş ərazilərimizin durumu, məcburi köçkünlərin geri qayıtmasına münasibətdə mövcud maneələr, aparılan bərpa və quruculuq işləri, eləcə də digər məsələlərin bu ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədini daşıyır.

Sözügedən ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olublar.

Görüşdə Meksikanın “El Universal” qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın “Impacto Mundo” telekanalının aparıcısı Roberto Trobaxo, “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa və Kosta-Rika-nın “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman iştirak edib.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Ağacavid Ramazanov qonaqları salamlayaraq Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq və mədəni irsimizə qarşı təcavüzkar siyasəti haqqında məlumat verib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 706-ı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. 30 ilə yaxın bir müddətdə davam edən işğal dövründə Ermənistan tərəfi Azərbaycan xalqına məxsus tarixi abidələrə, mədəni irs obyektlərinə qarşı vandalizm aktı həyata keçirib, onları özününkiləşdirib və dağıntılara məruz qoyub. Bildirib ki, bütün bunlar Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində qeydə alınır.

Ağacavid Ramazanov vurğulayıb ki, Azərbaycan bütün tarixi abidələri bərpa edərək, yenidən öz tarixi görkəminə qaytaracaq.

Görüşdə qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı