Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1552

Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 14-də Özbəkistana səfər edib.

Nümayəndə heyəti Özbəkistanın Xivə şəhərində “Xivə - Türk dünyasının mədəniyyət paytaxtı – 2020” proqramının açılış mərasimində iştirak edib.

Xatırladaq ki, Xivə şəhəri 2019-cu ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qırğızıstanın Oş şəhərində keçirilən toplantısında 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Ancaq COVİD-19 pandemiyası ilə əlaqədar paytaxt ili çərçivəsində nəzərdə tutulan tədbirlər proqramı təxirə salınmışdı.

Əlamətdar ilin açılış mərasimində Türk dünyasının bundan öncə “mədəniyyət paytaxtı” missiyasını daşımış şəhərlərinə həsr olunmuş fotosərgi və Özbəkistanın ənənəvi geyimlərinin təqdimatı təşkil edilib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Macarıstanın musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə Özbəkistanın M.Turgunbayeva adına "Bakhor" Dövlət Rəqs Ansamblının ifasında “Lalələr” Azərbaycan mahnısı səsləndirilib.

* * *

Sentyabrın 15-də mədəniyyət naziri Anar Kərimov Xivə şəhərində UNESCO himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb.

Forumda UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (İCCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-dən çox ölkədən mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər iştirak edib.

Açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, Özbəkistanın və Qırğızıstanın mədəniyyət nazirləri, İCESCO və İCCROM-un rəhbərlərinin çıxışı olub.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə Özbəkistana təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər bölgənin ortaq mədəniyyətini və ortaq irsini öyrənmək və populyarlaşdırmaq üçün yeni fürsətlər yaradır. Belə tədbirlər eyni zamanda beynəlxalq aləmdə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynayır. 

Nazir vurğulayıb ki, qədim İpək Yolu mədəniyyətlərarası mübadilənin inkişafına mühüm töhfələr verib. İpək Yolu eyni zamanda bu yol boyunca yerləşən ölkələrin yeni sosial-fəlsəfi baxışlar sisteminin, mədəni nümunələrinin qlobal məkana inteqrasiyasına vəsilə olub. Bir sözlə, qədim İpək Yolu Orta Asiya xalqlarının tarixində və mədəniyyətində dərin iz qoyub.

Anar Kərimov diqqətə çatdırıb ki, Orta Asiya ilə yanaşı, Azərbaycan da bu tarixi qloballaşma yolunu keçib və onun müxtəlif izlərinə hələ də ölkəmizin müxtəlif yerlərində rast gəlinir. “Azərbaycan dünyəvi bir ölkə olaraq müxtəlifliyi özünün ən böyük fəzilətlərindən hesab edir və bu müxtəlifliyin inkişafı üçün çalışır. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün etibarlı məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani təzahürüdür. “Bakı Prosesi” fərqli anlayışlı insanlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan açıq dialoq üçün qlobal platformadır”, - deyə nazir əlavə edib.

Tədbirin açılış mərasimindən sonra Anar Kərimov Özbəkistanın “Dunyo boylab” və “Mədəniyyət” telekanallarına müsahibə verib. Azərbaycan ilə Özbəkistan arasında tarixi-mədəni əlaqələri və qardaşlıq münasibətləri haqqında danışan nazir beynəlxalq forumun işini yüksək qiymətləndirib.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb