Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1893

Ukraynanın Xarkov vilayəti Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir

Sentyabrın 15-də Xarkov Vilayəti Şurasının sədri Tatyana-Yeqorova Lutsenko və Xarkov Dövlət Vilayət Administrasiyasının sədri Aleksandr Skakun Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə görüşüb.  

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin ikinci katibi Samir Allahverdiyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, "Turboatom" ASC-nin baş direktoru Viktor Subbotin iştirak edib.  

Qonaqları salamlayan Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin Azərbaycanla çoxillik dostluq münasibətləri olduğunu vurğulayıb, iki minə yaxın azərbaycanlı tələbələrin burada təhsil aldığını və müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb.

“Bütün planlarımız və fikirlərimiz gerçəkləşməsi üçün səmərəli əməkdaşlıq bizim üçün vacibdir. Biz mədəniyyət və sənaye də daxil olmaqla müxtəlif sahələrdə bölgə üçün faydalı investisiya layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq etməkdə maraqlıyıq. Xarici həmkarlarımı əmin etmək istəyirəm ki, Xarkov vilayəti etibarlı tərəfdaşdır. Əminəm ki, mövcud əməkdaşlıq sahələrində işlərimizi genişləndirə biləcəyik" – deyə sədr qeyd edib.

Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin diplomatik platforma yaratmaq üçün artıq hazırlıqlara başladığını bildirib. Bu platformanın iş dünyasının nümayəndələri, dünyanın hər yerindən diplomatik dairələr və hökumət arasında qarşılıqlı əlaqə və səmərəli əməkdaşlıq üçün şərait yaratmaq məqsədi daşıyacağını deyib.Şura sədri xarici qonaqları bölgədəki genişmiqyaslı film festivalına qatılmağa dəvət edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Elnur Əliyev qeyd edib ki: “Azərbaycan və Ukrayna ortaq dəyərlərə malikdir, biz ədalət anlayışına, insan münasibətlərinə eyni dərəcədə inanırıq. Elə buna görə də, Ukraynada yarım milyon azərbaycanlı yaşayır. Bu görüşə görə çox minnətdaram. Bizim üçün Ukrayna, o cümlədən Xarkov vilayəti vacib tərəfdaşdır.”

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi