Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
350

Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı  isə ümumilikdə 368-dir.

Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.

Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır vəMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına  və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

XƏBƏRLƏR

22.10.2021 16:12
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olundu
22.10.2021 14:00
“Kamil Əliyev: rəssam və dövr”
22.10.2021 13:02
Nizami Gəncəvinin yaradıcılığı Almaniyada təbliğ olunur
22.10.2021 11:40
Rusiya Milli Kitabxanasında “Nizaminin sözünü hiss et” adlı sərginin açılışı keçirilib
22.10.2021 11:26
Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət üzrə İşçi qrupunun iclası keçirilib
22.10.2021 10:37
“Big Idea Challenge” müsabiqəsinin qalibləri ilə görüş keçirildi
21.10.2021 16:02
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq
21.10.2021 12:23
İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının təntənəli bağlanış mərasimi keçirilib
21.10.2021 10:36
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir təşkil edilib
21.10.2021 10:24
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub
20.10.2021 17:24
Mədəniyyət Nazirliyi “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisində təmsil olunur
20.10.2021 16:43
“Euronews” telekanalı “İşıq festivalı. Nizami Gəncəvi” ilə bağlı süjet yayımlayıb
18.10.2021 16:35
Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib
18.10.2021 13:36
"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb
18.10.2021 11:11
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
18.10.2021 10:29
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı
18.10.2021 10:06
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.10.2021 10:02
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.10.2021 18:45
"Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti" respublika elmi-praktiki konfransı keçirilib
15.10.2021 13:11
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib
15.10.2021 12:38
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir
14.10.2021 18:17
Nazir Anar Kərimov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü
14.10.2021 16:30
Nazir Anar Kərimov GUAM təşkilatının baş katibi ilə görüşüb
13.10.2021 17:52
Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...
13.10.2021 16:58
“Zəfər: körpələrin gülüşü”
13.10.2021 12:36
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olundu
12.10.2021 18:18
VII Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayəsində yeni dönüş nöqtəsi yaratdı
12.10.2021 17:57
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12.10.2021 12:18
Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə "Qıpçaq rəqsləri"nin premyerası ilə başlayıb