Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2688

“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb

 “Mədəniyyət/Culture” jurnalının  növbəti sayı yenə də həmişəki kimi maraqlı məzmunu və  baxımlı siması ilə oxucuların görüşünə gəlib.

Jurnalın nəfis şəkildə süslənmiş üz qabığı və forzası  xalqımızın ölkənin Birinci xanımına olan olan sevgi  və sayğısını, Mehriban xanımın  həyat yolunu,”MEHRİBANlı dünyamızı”  ehtiva edən fotoşəkillərlə ifadə edir.

Oxucular mündəricat üzrə jurnalı vərəqlədikcə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsini fəth edən mədəniyyət xadimləri haqqında “Mədəniyyətdən əbədiyyətə”, o müharibədən qalib döyüşçü kimi evə dönmüş mədəniyyət xadimləri haqqında isə “Səhnədən hərb meydanına” layihələrində məlumatlana biləcəklər.

“Gözəlliklər şairinin sevinən ruhu” sərlövhəli məqalə və fotokollaj 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin 29 ildən sonra yeni həyat qazanmasını əks etdirir.

“Nizami – 880” rubrikası “Nizami Gəncəvi poeziyasının Şərq qaynaqları”, «Редкие сюжеты «Хамсе» Низами» və “Elmdir cövhəri kəhkəşanların” məqalələrindən ibarətdir.

“Türkün Yunus Əmrəsi” məqaləsi 2021-ci ilin Türkiyədə “Yunus Əmrə İli” elan edilməsinə “Mədəniyyət/Culture” jurnalının layiqli töhfəsidir.

“Ədəbiyyat” bölümünün “Söz sultanının sarsılmayan səltənəti” adlı daha bir məqaləsi Cənubi Azərbaycanda yaşayıb-yaratmış sevimli şairimiz Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcətlə şairin Təbrizdəki ev-muzeyinə “səyahət” və varislə müsahibəni təqdim edir. 

Bu bölümü görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə haqqında qələmə alınmış “Dəmirçizadə dühası” və ədəbiyyatımızın sütunlarından biri Abdulla Şaiqdən bəhs edən “Milli ruh və mənəviyyatımıza işıq salan Şaiq” məqalələri tamamlayır.

“Musiqi” bölümü “Barrel Jazz Nights – 2021” silsilə konsertlərinin ritmlərinin sözlə ifadəsidir.

“3 Vaqif və Villis Konover” essesi caz mövzusunun orijinal davamıdır.

“Teatr” bölümündə bu dəfə də Jan-Lui Barronun “Teatr haqqında düşüncələr” kitabının dilimizə tərcüməsinin davamı ilə tanış ola biləcəksiniz.

“Kino” bölümü 44 günlük Vətən müharibəsinin sənədli kino ifadəsi olan 44 dəqiqəlik “BİZ” filminə həsr edilib.

“Portret” bölümü musiqiçilərimizə həsr olunaraq “Zəriflik və səmimiyyət harmoniyası – xalq artisti Zəhra Quliyeva” məqaləsindən və “Musiqişünaslığa xidmətlə zinətlənən ömür” başlıqlı İmruz Əfəndiyeva ilə müsahibədən ibarətdir.

Hər dəfə olduğu kimi bu dəfə də  jurnalı ədəbiyyat və incəsənətin müxtəlif sahələrini təhlil edən  elmi məqalələr yekunlaşdırır.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel