Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2891

Vətən Müharibəsi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsində əks olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edir.

Seriyanın ilk filmi - “Görünməyən qəhrəmanlar: 27 sentyabr” Vətən Müharibəsinin başladığı günün ildönümündə -  sentyabr ayının 27-də İTV-də nümayiş olunub. Filmin rejissoru və ssenari müəllifi Seyran Mahmudoğlu, prodüseri Fariz Əhmədovdur.

5 filmdən ibarət olan silsilənin digər seriyaları hər biri müxtəlif qoşun növlərinin Vətən Müharibəsi dövründəki fəaliyyətini əks etdirir. Filmlərdə şahidlər və müharibə qəhrəmanları real döyüş anlarını nəql edəcəklər, eksklüziv kadrlar göstəriləcək. Noyabr ayının əvvəlindən  Zəfər Gününədək hər 5 film İTV-nin efirində yayımlanacaq.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” və İTV-nin birgə istehsalı ilə həyata keçirilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.

“Görünməyən qəhrəmanlar: 27 sentyabr”

Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Seyran Mahmudoğlu

“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları”

Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: İdris Heydərli

“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri”

Rejissor: Bəhruz Qədirov / Ssenari müəllifi: Billurə Aslanova

“Görünməyən qəhrəmanlar: Artilleriya”

Rejissor: Ayşad Səfərəliyev / Ssenari müəllifi: İdris Heydərli

“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti”

Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Esmira Bədəlova-Məmmədova

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəyərlərimizin kino vasitəsi ilə təbliği məqsədilə bu sahəyə dəstəyini davam etdirir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb