Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1397

Rusiya Milli Kitabxanasında “Nizaminin sözünü hiss et” adlı sərginin açılışı keçirilib

Xəbər verdiyimiz kimi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində müxtəlif tədbirlər keçirilir.

Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir. Səfər çərçivəsində Dövlət Ermitajında görüş və dahi şairin yubiley tədbiri gerçəkləşib.

Oktyabrın 20-də isə Azərbaycan nümayəndə heyəti ilə Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Nikolay Bondarenko arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində inkişafından söz açılıb. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait bundan sonra da yaradılmalıdır.

Söhbət zamanı xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, gələcək mədəniyyət layihələri müzakirə olunub.

Sevda Məmmədəliyeva 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsi, o cümlədən Ermitaj Muzeyində gerçəkləşən tədbirlərin əhəmiyyətini qeyd edib. Nazir müavini Rusiya Milli Kitabxanasında Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi və konsertin təşkil edilməsini dünya şöhrətli şairin yubileyinə dəyərli töhfə kimi səciyyələndirib.

Söhbət zamanı Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası komissiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Sankt-Peterburq şəhərində yerləşən muzeylərlə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, mədəni irs sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonra Rusiya Milli Kitabxanasında Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğu və kitabxananın təşkilatçılığı ilə incəsənət xadimlərimiz – Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tarzən), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara), Mircavid Cəfərov (ud) və Vurğun Vəkilovun (piano) iştirakı ilə Nizami Gəncəvinin sözləri əsasında konsert proqramı təqdim olunub.

Daha sonra kitabxanada “Nizaminin sözünü hiss et” adlı sərginin açılışı keçirilib. Tədbirdə çıxış edən kitabxananın direktoru Vladimir Qronski dahi Azərbaycan şairinin parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını deyib. O, Nizami Gəncəvinin 880 illik yubileyinin şairin əsərlərinin sərgiləndiyi Rusiya Milli Kitabxanasında qeyd olmasını əlamətdar hadisə adlandırıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Nizami Gəncəvinin müxtəlif mövzularda yazdığı beş məsnəvi-poemadan ibarət "Xəmsə"si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncüllük etməsi, dahi şairin Rusiyanın məşhur kitabxana və muzeylərini bəzəyən əsərlərinin Şərq miniatür sənətinin inkişafına da təkan verdiyini qeyd edib.

Tədbirin sonunda qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvi əsərlərinə müxtəlif dövrlərdə çəkilmiş illüstrasiya ənənəsini özündə əks etdirən nəşrlər yer alıb.

Sərgi ziyarətçilərin dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş Nizaminin yaradıcılığı ilə yaxından tanış olmalarına imkan yaradıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi