Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1891

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytı təqdim olundu

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yenilənmiş saytının (irs.gov.az) təqdimatı keçirildi.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli saytın yenilənməsinin zərurətindən danışaraq bildirdi ki, öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edən qurum ictimaiyyətin məlumatlandırılması və əlaqələrin daha operativ qurulması sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır.

Saytın yenilənməsində məqsədin istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaq olduğunu söyləyən rəis dedi ki, yeni sayt həm Dövlət Xidmətinin rəsmi internet resursu, həm də ölkəmizin daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq: “Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub”.

Qeyd olundu ki, saytda naviqasiya rahatlığını təmin etmək üçün ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib: “Sayt “Google”un axtarış standartlarına əsasən hazırlanıb. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatların istifadəçilər üçün ən ön sıralarda göstərilməsinə imkan yaradır. Saytın mobil versiyası da yaradılıb və yaxın günlərdə istifadəyə veriləcək”.

Azad Cəfərli işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumat bazası rolunu oynayan saytın da hazırlandığını, yaxın zamanda ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırdı.

Bildirildi ki, Dövlət Xidmətinin yeni saytında Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix-mədəniyyət abidələri 3 əhəmiyyət dərəcəsinə bölünərək təsnif olunub. Bu bölgüyə uyğun olaraq tarixi abidələrin dünya, ölkə və yerli əhəmiyyət dərəcələri müəyyən edilib. Həmin əhəmiyyət dərəcələrinə uyğun bölmələr yaradılıb. Hər bölmədə yer alan tarixi abidələr haqqında geniş məlumatlar, xəritə üzərində koordinatlar, foto şəkillər, abidədə aparılmış bərpa-konservasiya işləri haqqında informasiyalar öz əksini tapıb. Saytın xəritə bölməsində tarix-mədəniyyət abidələri Azərbaycan Respublikasının xəritəsi üzərində yerləşdiyi əraziyə uyğun olaraq əks olunub. Saytda Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu haqqında da məlumat yer alıb. Sonuncu tədbirlər bölməsində Dövlət Xidmətinin təşkil edəcəyi tədbirlər haqqında məlumatlar, elanlar yerləşdiriləcək.

Dövlət Xidmətinin regional idarələri haqqında məlumat verən Azad Cəfərli bildirdi ki, ölkə başçısının 2019-cu ildə imzaladığı fərmana əsasən, qurumun beş regional idarəsi yaradılıb. Regional idarələr tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, abidələrin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini və tədqiqini təmin edəcək. Hazırda Dövlət Xidmətinin Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyət göstərir. İdarələrin əməkdaşları və abidə mühafizəçiləri əsasən gənc və perspektivli kadrlardan təşkil olunub. Eyni zamanda Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri olan şəxslərin işə qəbul edilməsinə də xüsusi diqqət yetirilir. İlin əvvəlindən 25 nəfər müharibə iştirakçısı və ya onların ailə üzvü Dövlət Xidmətində müxtəlif vəzifələrdə işlə təmin edilib.

Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlərin nəticələri barədə xüsusi məlumat verildi. Diqqətə çatdırıldı ki, həmin ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Onlardan 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunəsidir.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında dövlət başçısının 29 oktyabr 2020-ci il tarixli fərmanının müvafiq bəndinin icrası məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilib və mədəniyyət obyektlərinin (abidə və müəssisələrin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı işlər həyata keçirilib. İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 385 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 144 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Baxış keçirilən obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq vandalizmə məruz qaldığı aşkar edilib.

Vurğulandı ki, aparılan ilkin monitorinqlər zamanı ümumilikdə 864 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir. 

Təqdimatdan sonra Dövlət Xidmətinin rəisi KİV nümayəndələrinin suallarını cavablandırdı. Diqqətə çatdırdı ki, tarixi-mədəni abidələrin qorunmasında  dövlət strukturları ilə yanaşı, ictimaiyyət və media nümayəndələri fəallıq göstərməlidir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb