Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
264

Doğum günündə dahi bəstəkarın məzarı ziyarət olundu

Noyabrın 22-də dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 99-cu ildönümü tamam oldu. Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.

Anım mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, yaradıcı təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak edirdi.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, Fikrət Əmirovun yaradıcılığının mayası Azərbaycan muğamıdır. Bəstəkarın yaratdığı bütün simfoniyalarda azərbaycançılıq ruhu var: “Buna görə də Fikrət Əmirov kimi dahi bəstəkarlarımızın irsinə sahib çıxmalıyıq. Çalışmalıyıq ki,  Fikrət Əmirov bəstəkarlıq məktəbi davam etsin. Fikrət Əmirov Azərbaycan mədəniyyətinin böyüklüyünün göstəricisidir. Biri var Azərbaycan dilinin başqa dillərə tərcüməsi, biri də var Azərbaycan ruhunun tərcüməsi. Fikrət Əmirov məhz Azərbaycan ruhunu musiqi dili ilə beynəlxalq aləmə çatdırıb. Azərbaycan dünyada daha çox nefti ilə, yəni iqtisadiyyatı ilə tanınır. Bildiyiniz kimi, bunlar tükənən resursdur. Bizim bitməyən resursumuz mədəniyyətimizdir. Elə bir mədəniyyətimiz var ki, bütün dünyanı əhatə edə bilər. Bu mədəniyyəti yaşatmaq üçün isə ona sahib çıxmalıyıq”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirdi ki, Fikrət Əmirov möhtəşəm üçlüyün nümayəndəsidir: “Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini hər zaman dünyada tanıdıb: "Fikrət Əmirovun simfonik muğamları ən dahi dirijorların idarəçiliyində səslənib. Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayıb. Amerikalı dirijor L.Stakovski Fikrət Əmirova yazdığı məktubda deyirdi: “Sizin əsərlərinizi bütün Amerikanın şəhərlərində ifa etdim. Sizin əsərlərinizdən sonra konserti davam etmək mümkün deyil. Ona görə ki, insanlar ayaq üstə durub sizin əsərinizi alqışlayır. Bu gündən sonra mən sizin əsərlərinizi həmişə konsertin sonunda ifa edəcəyəm”. Bu sözlər bir daha göstərir ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya musiqi inciləri sırasına daxil edib”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli söylədi ki, gələn il bəstəkarın 100 illik yubileyidir və artıq bununla bağlı hazırlıqlara başlanılıb: “İstərdim ki, bütün dünyada Fikrət Əmirov günləri keçirilsin. Fikrət Əmirov xoşbəxt insandır, o, çünki dünyadan köçsə də, əsərləri hər zaman yaşayır”.

Sonda sənətkarın qızı Sevil Əmirova çıxış edərək bəstəkarın xatirəsinə göstərilən diqqətə görə mərasim iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədə anadan olub. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.

Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Yaratdığı simfonik muğam janrı “Şur”, “Kürd-Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

Böyük bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib. Hazırda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı görkəmli musiqiçinin adını daşıyır.

XƏBƏRLƏR

26.11.2021 17:05
Nizami Gəncəvi Beynəlxalq Forumu başa çatdı
26.11.2021 13:40
Beynəlxalq forumun növbəti paneli “Xəmsə” dialoqlarının didaktik rolu” adlanırdı
25.11.2021 18:41
Beynəlxalq forumun növbəti panel iclası – "Nizami Gəncəvi: müasir dünyaya baxış"
25.11.2021 17:59
Anar Kərimov Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb
25.11.2021 16:18
Özbək dilində Nizami “Xəmsə”nin təqdimatı keçirildi
25.11.2021 16:17
“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans “Abidələri xilas edən Qələbə” və “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı sessiyaları ilə öz işinə davam etdi
25.11.2021 13:44
Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
25.11.2021 13:38
Nizami Gəncəvinin ədəbi irsi bəşəriyyətin söz xəzinəsinə mühüm təsir göstərib
25.11.2021 13:36
“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb
24.11.2021 20:23
“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” mövzusunda beynəlxalq konfrans keçirildi
24.11.2021 18:39
“Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”
24.11.2021 17:17
“Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda panel iclası
24.11.2021 17:03
Fransız dilində nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” kitabının təqdimatı oldu
24.11.2021 14:44
Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi keçirildi
23.11.2021 14:36
Özbəkistanın media təmsilçiləri Füzuli və Şuşa rayonlarında olublar
23.11.2021 13:21
Bakıda təşkil olunacaq Nizami Gəncəvi Beynəlxalq Forumu ilə bağlı brifinq keçirildi
22.11.2021 19:49
Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təntənəli yubiley konserti keçirilib
22.11.2021 18:47
“Nizamini oxuyaq” kitab-albomu və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirildi
22.11.2021 18:31
“Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçiriləcək
22.11.2021 11:22
“Nizami” baleti yenidən Opera və Balet Teatrının səhnəsində
22.11.2021 11:11
Milli Kitabxanada Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb
22.11.2021 10:30
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı
19.11.2021 20:32
Nizami Gəncəvinin poeması əsasında “Xeyir və Şər” uşaq tamaşası təqdim edilib
19.11.2021 17:41
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
19.11.2021 14:02
TÜRKSOY-un təşkilatçılığı ilə Bursa şəhərində Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan tədbir keçirildi
18.11.2021 18:57
“Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitablarının təqdimatı keçirilib
18.11.2021 16:52
“Azərbaycanfilm” Kinostudiyasının əməkdaşları “EnergaCAMERIMAGE” festivalında iştirak edirlər
18.11.2021 11:32
Anar Kərimov dünya şöhrətli musiqiçini qəbul edib
17.11.2021 10:12
Azərbaycandan 3 şəhər Avropa İttifaqının “EU4Culture” layihəsi çərçivəsində qrant vəsait qazanıb
16.11.2021 17:25
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
16.11.2021 14:15
“ICESCO akseleratoru” pilot layihəsinin ölkə finalı keçirildi
16.11.2021 11:50
Dahi şairin yurdu da Nizami Gəncəvi Beynəlxalq Festivalına ev sahibliyi edir
16.11.2021 11:47
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur