Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
999

Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə təntənəli yubiley konserti keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası bu il 100 yaşını qeyd edir. Prezident İlham Əliyevin tərəfindən əlamətdar yubileyin dövlət səviyyəsində qeyd olunması məqsədilə 26 may 2021-ci il tarixində sərəncam imzalanıb. Bu münasibətlə keçirilən konfrans və konsertlərdə bir əsr yaşı olan təhsil ocağının keçdiyi yola nəzər salınır, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətiləri bir daha xatırlanır.

Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşən təntənəli gecə də Bakı Musiqi Akademiyasının 100 illiyinə dəyərli yubiley töhfəsi olub.

Yubiley konsertində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, xarici işlər naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ölkəmizdən və Rusiyadan tanınmış incəsənət xadimləri, o cümlədən, BMA-nın professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri iştirak edib. 

Konsert proqramı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin parlaq çıxışı ilə başlanıb. Kollektiv dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə dahi Üzeyir bəyin "Koroğlu" operasından uvertüranı səsləndirib.

Sonra Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə tanınmış vokal ifaçısı, Xalq artisti Samir Cəfərovun ifasında Ü.Hacıbəylinin "Sevgili canan", Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında İ.Hacıbəyovun "Cəngi", Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Səbinə Əsədova F.Əlizadənin “İntizar” operasından “Bulaq başında” gəlinlərin dueti, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədovun ifasında H.Rzayevin "Çahargah rapsodiyası", Xalq artisti Şükür Səmədovun ifasında isə K.Kartnerin “Konsertino” əsərləri səsləndirilib.

Tamaşaçıların gurultulu alqışlarından sonra Böyük Britaniyadan tanınmış skripka ifaçısı Dmitri Sitkovetskinin dirijorluğu ilə Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals və yürüş” ifa olunub.

Daha sonra Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Dmitri Sitkovetski M.Ravelin "Qaraçı qız", Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə  S.Raxmaninovun “İki fortepiano və simfonik orkestr üçün 2 saylı süita”sını (işləməsi A.Varnberq – III, IV hissələr) ifa ediblər.

Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında F.Pulenkin “İki fortepiano və simfonik orkestr üçün konsert”i – II və III hissələr), bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellasının, solistlər – xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası dinləyicilərə əsl musiqi bayramı havası yaşadıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yubiley konserti tamaşaçıların yaddaşına xoş təəssüratlarla həkk olunaraq gurultulu alqış sədaları altında başa çatıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb