Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
912

“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb

Jurnalın 2021-ci ilə aid beşinci sayı artıq oxucuların ixtiyarına verilib. Bu sayımız əsas etibarilə böyük Zəfərimizin şanlı ildönümünə və böyük Nizami Gəncəvinin 880 illiyinin silsilə tədbirlərlə Vətəndə və bütün dünyada qeyd olunmasına həsr olunub.

“Qarabağ Azərbaycandır” rubrikamızda publisist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabı təqdim edilir. Bu kitab “I və II Qarabağ Vətən müharibələrinə dair bədii yaradıcılığımızın ən ümdə mövzusudur” həqiqətini bir daha təsdiqləyir. Rubrika ənənəvi “Mədəniyyətdən əbədiyyətə” və “Səhnədən hərb meydanına” layihəsi ilə davam edir.

Jurnalın “Nizamı-880” rubrikası Mədəniyyət Nazirliyinin bu ilin çox böyük və maraqlı mədəni tədbirlərindən olan VII Bakı Beynəlxalq Kitab Sərgisindən reportajlarla davam edir. 6-10 oktyabrda keçirilmiş möhtəşəm kitab bayramı Sərginin bütün dinamikasını əks etdirən, Baş nazirin müavini cənab Əli Əhmədovun, Mədəniyyət naziri cənab Anar Kərimovun, Təhsil naziri cənab Emin Əmrullayevin kitab və kitabsevərlik haqqında dəyərli fikirləri ilə daha da dolğunlaşan bu yazı oxucuların xoşuna gələcək.

“Azərbaycan Cümhuriyyəti – 103” rubrikasında Cümhuriyyət sevdalılarına həsr edilən və sərgidə təqdim olunan iki kitabdan söz açılır. Tanınmış alimlərimiz Vilayət Quliyev və Nəsiman Yaqublunun tədqiqatları böyük oxucu marağına tuş gəlmişdir desək, yanılmarıq.

“Ədəbiyyat” rubrikamızın Nizami mövzuları Yaşar Qasımbəylinın, Füzuli axtarışları isə Akif Azalpın təqdimatında verilib. Ruhiyyə Məmmədli Qarabağın ilk qadın şairəsi Aşıq Pəri haqqında öz fikirlərini də bu rubrikada oxuculara çatdırır.

“Uzeyir Hacıbəyli Musiqi festivalı”na həsr olunan silsilə yazılar da maraq doğurur. Xüsusən də ona görə ki, “Üzeyir Musiqi günü” bu il həm də musiqi beşiyi Şuşada qeyd olunub. Bu barədə yazan musiqişünas Lalə Hüseynova öz sevincini səxavətlə bölüşür. Mahnıları ilə Qarabağı vəsf edən mərhum sənətkarımız Bəhram Nəsibovun oğlu Adil müəllim jurnalın bu sayında atasının vətənə məhəbbət ruhlu mahnılarından söz açır. .

Kukla teatrımızın 90 illik yubileyi jurnalımız tərəfindən Samirə Behbudqızının teatrın direktoru Rəşad Əhmədzadə ilə müsahibəsində gündəmə gəlir.

Daha bir xeyirli övlad və tədqiqatçı Ələkbər Qasımovun şair-dramaturq Kəmalə Ağayeva haqqında yazısı da “Mədəniyyət/Culture”nin yeni sayında verilib.

“Həmkarlarımız” rubrikamızda “Gilavar” foto klubunun istedadlı üzvlərindən bəhs edilir, Qarabağ həqiqətləri və həyatın gözəllikləri “FOTOKADR 2020” müsabiqəsində fotofaktlarla doğrulanır və fotokadrların ən yaxşıları təqdim olunur.

“Uzaqdakı yaxınlar”da bu dəfə sizinlə danışan əzizlərimiz - Ankaradan İlyas Mirzəyev, Almaniyadan Fəridə Rüstəmovadır.

Daimi müəllifimiz, tanınmış publisist İbrahim Nəbioğlu bu dəfə dünyanın sənət incilərindən olan Ayasofyaya baxışı ilə sizləri böyük maraqda saxlayacaq.

Qarabağ və onun yeni həyatı yenə də “Mədəni irsimiz”in ən aktual mövzusudur.

“Azərbaycanın hər tərəfində jurnalı oxuyur və “Bizə yazırlar” rubrikamıza üz tuturlar. Oxucular jurnalın səhifələrində yenə şəhidlərimizin xatirəsini anır, onlara şeir, hekayə həsr edirlər, kimi də gördüyü işlərin hesabatını verir.

“Elm” rubrikası da həmişəki kimi zəngindir. Bu sayın mözularının əksəriyyəti kulturoloji tədqiqatları əks etdirsə də, burada mədəniyyətin və incəsənətin digər sahələrinə dair araşdırmalar da geniş yer alıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb