18.12.2021 02:54
Anar Kərimov və rəhbərlik etdiyi qurumun rəsmiləri 18 dekabr tarixində Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasına qatılıb.
Ağacəkmə və yaşıllaşdırma təşəbbüsü və bundan irəli gələn müxtəlif ekoloji layihələr artıq genişmiqyaslı kampaniyaya çevrilib və ölkəmizdə ənənə halını alıb.
Tədbirə, həmçinin, Energetika Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və könüllülər qatılıb.
Ağacəkmə zamanı 2,2 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd Eldar şamı, sərv, zeytun ağacları əkilib.