Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1307

“Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılışı keçirildi

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılış mərasimi keçirildi.

Sərgi Mədəniyyət Nazirliyi, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycan Fransız İnstitutu (İFA) və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə təşkil edilmişdi.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, mədəniyyət, incəsənət və elm xadimləri, digər qonaqlar iştirak edirdi.

Giriş sözü ilə çıxış edən İFA-nın direktoru Jerom Kel sərginin Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyi sayəsində ərsəyə gəldiyini söylədi. Dedi ki, Pol və atası Feliks Nadarın fotoneqativləri həmin kitabxanada saxlanılır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycanın zəngin tarixi və mədəni irsi həmişə xarici ölkələrdən bura gələn ziyarətçilərin və sənət adamlarının marağına səbəb olub: “Bu gün açılışında iştirak etdiyimiz sərgi də bunu deməyə əsas verir. Əvvəllər də hər iki ölkədə müştərək sərgilər təşkil olunub. 2012-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, mövzu dərinliyi və eksponatların zənginliyi ilə səciyyələnərək müstəqil Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Sərgidə Fransanın aparıcı muzeylərinin eksponatları nümayiş etdirilmişdi. Bugünkü sərgidə isə biz Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan orijinal neqativlər əsasında çap olunan 70-dək yüksəkkeyfiyyətli foto ilə tanış olmaq imkanı əldə edəcəyik. XIX-XX əsrlərin ən istedadlı fotoqraflarından olan Pol Nadar təkcə Avropa şəhərlərində yox, eyni zamanda Buxara və Səmərqənd kimi Şərq şəhərlərində də gündəlik həyatı əks etdirən fotolar çəkib. Sənəti onu 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gətirir. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlərin fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Pol Nadar Bakının unikal memarlıq nümunələrini – Qoşa qala qapıları, Şirvanşahlar sarayı, dükan və bazarları, yerli əhalini lentə alıb. Düşünürəm ki, bugünkü sərgidə qədim Bakını Pol Nadarın çəkdiyi bu fotoşəkillər vasitəsilə görmək hər bir tamaşaçı üçün çox maraqlı olacaq”.

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın tanınmış rəssam və heykəltəraşlarının sənət əsərlərinin qorunub saxlanıldığını söyləyən nazir müavini 2016-cı ildə keçirilən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgidə Fransa incəsənətinin bu dəyərli nümunələrinin nümayiş etdirildiyini bildirdi.

Sevda Məmmədəliyeva çıxışının sonunda sərgisinin təşkilində əməyi olan hər kəsə, xüsusilə Fransanın ölkəmizdəki səfirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına təşəkkürünü bildirdi.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros söylədi ki, Pol Nadar (1856-1939) XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu “Nadar” fotoqrafiya şirkətinin yaradıcısı Feliks Nadarın (1820-1910) oğlu idi. Atasının layiqli varisi olan Pol Nadar sənətini uzaq səyahətlərdə daha da inkişaf etdirib. Feliks Turnaşon 20 yaşında ikən “Nadar” adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar” ortaya çıxır. 1860-cı ildə Parisin Kapüsin bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. F.Nadar bizə ən məşhur simaların – Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand kimi məşhurların foto obrazlarını bəxş edib.

Səfir qeyd etdi ki, F.Nadarın yeganə oğlu Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. Pol 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gəlir və şəhərin nadir fotolarını çəkir. O, sonra buradan Daşkəndə yola düşür və Bakıda çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil edir.

Layihənin kuratoru Könül Rəfiyeva bildirdi ki, sərgiyə bir ildən artıq müddətdə hazırlıq gedib. Qeyd olundu ki, sərgi Bakının bizə gəlib çatan mədəni irsi və onun dəyişməsinə dair sənədli bir layihədir. Sərgidə Bakıya aid 23 əsər nümayiş olunur.

Daha sonra rejissor Rüstəm Hüseynov və layihənin kuratoru Könül Rəfiyevanın Pol Nadar haqqında sənədli film nümayiş olundu.

Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. İştirakçılar sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, “Dahilərin portretləri”, “Bakı” və “Türküstana səyahət” adlı üç tematik hissəyə bölünən sərgi 2022-ci il fevralın 15-dək ziyarət üçün açıq olacaq.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı