Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
520

Prezident təqaüdçüləri və istedadlı gənclərin dövlət başçısının yubileyinə musiqi töhfəsi

İstedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Prezident Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixində fərman imzalayıb. Bu fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedadı olan gənclərin adı “Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Habelə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli fərmanı ilə “Gənclər üçün Prezident mükafatı” təsis edilib. Mükafat hər il müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində xüsusi fərqlənən gənclərə verilir.

Vətənpərvər, savadlı və istedadlı bu gənclər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 60 illik yubileyinə töhfə olaraq konsert proqramı ilə çıxış etmək təşəbbüsünü irəli sürmüşdülər.

Dekabrın 24-də, möhtərəm Prezidentimizin 60 illik yubiley günündə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi.

Konserti izləyən tamaşaçılar arasında mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və musiqi məktəblərinin direktorları da var idi.

Zəngin repertuarlı konsertdə Prezident təqaüdçüsü, Gənclər üçün Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Kamera Orkestri (baş dirijor və bədi rəhbər - Əməkdar artist Fuad İbrahimov) , Gənclər üçün Prezident mükafatçısı Atəş Qarayev (vokal), Prezident təqaüdçüləri Cəmil Sədizadə və Vüsalə Babayeva, (fortepiano), Zərrin Əliyeva (violin), Orxan Hüseynov (violonçel), Nicat Məmmədov (fleyta), Atabəy İsmayılov (tar), Nihad Orucov (vokal), Bakı şəhər R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Əbdüləli Hüseynli (fortepiano), C.Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçılar ansamblı,  L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin nəfəsli alətlər ansamblı, Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin şagirdi Sabir Ağayev (xanəndə) çıxış etdilər.  

Konsert proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Müslüm Maqomayev, Aqşin Əlizadə və digər bəstəkarların əsərləri səsləndirildi.

A.Əlizadənin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandıran, Vətənin füsunkar təbiətini vəsf edən “Cəngi” əsəri ilə başlanan konsert proqramı zala sanki bir mübarizlik ruhu bəxş etdi. Bəstəkar Ə.Əliyevin “Vətən marşı”, C.Cahangirovun “Qarabağ”, T.Quliyevin “Qaytağı”sı konsert boyu Azərbaycan bəstəkarlıq məktəbinin zənginliyi və gənc istedadların sənətə sevgisini ortaya qoydu. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. M.Maqomayevin “Azərbaycan” mahnısı ilə tamamlanan konsert gənclərin Vətənə və sənətə sevgisinin mesajı idi.

XƏBƏRLƏR

24.01.2022 15:35
“Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi
21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunub
17.01.2022 11:28
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi
17.01.2022 11:21
“Filming Azerbaijan” “Dubai Expo 2020”də təqdim olundu
14.01.2022 17:44
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib
14.01.2022 15:33
Layihə yönlü fəaliyyət idarəçiliyin təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edir
13.01.2022 18:42
“Mədəniyyət/Culture” jurnalı oxucularla görüşə gəlib
13.01.2022 14:14
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirildi
11.01.2022 14:13
“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb
10.01.2022 16:07
Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb
01.01.2022 10:18
İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu
30.12.2021 13:26
Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
29.12.2021 14:39
“Böyük Qayıdış”: Mədəniyyət
29.12.2021 11:11
Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflərinə dair nəticələri ictimaiyyətə açıqladı
28.12.2021 17:50
“Qarabağ ilmələrdə” sənədli filmi təqdim olundu
28.12.2021 16:59
“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub
28.12.2021 15:50
Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu
28.12.2021 12:13
"Nizami Gəncəvi. Xəmsə" kitabının təqdimatı keçirildi
27.12.2021 12:15
Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu
27.12.2021 12:09
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib
24.12.2021 16:28
“İlham Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı keçirildi
23.12.2021 18:54
Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə elan edir