Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1419

İncəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olundu

Dekabrın 30-da  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirildi. Xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan edilməsi dövlətimizin Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami ili” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında onun düha sahibləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfələrini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də Nizami Gəncəvidir. Azərbaycan xalqı üçün Nizaminin şəxsiyyəti və yaradıcılığı xüsusi önəm daşıyır. Nizami əsərlərində bütün fikrini cəmiyyətə, insanlar arasında münasibətlərin tənzimlənməsinə yönəldib. O, insan cəmiyyətinə kompleks formada yanaşıb və onun həlli yollarını göstərib. İnsan və cəmiyyəti düşündürən elə bir məsələ yoxdur ki, Nizami əsərlərində ona toxunmasın. Azərbaycanda multikultural cəmiyyətin yetişməsində, şübhəsiz ki, dahi şairimizin rolu var”.

Doğulduğu Gəncədən kənara çıxmayan Nizaminin öz əsərlərində böyük coğrafiyanı əhatə etdiyini deyən Elnur Əliyev “Xəmsə” şairin fəlsəfi baxışlarını anlamaq üçün qiymətli xəzinədir. Onun XII əsrdə yaratdığı humanizm ideyaları Avropada əsrlər sonra yaranıb. Bu mənada Azərbaycan bir çox inkişaf etmiş ölkələrə bir nümunə ola bilər. Məqsədimiz müasir günümüzdə Nizami ideyalarını bütün dünyaya daha geniş şəkildə təbliğ etməkdir. Nizami fəlsəfəsi bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir”.

Nazirin birinci müavini qeyd etdi ki, mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyada təbliği böyük əhəmiyyət kəsb edir.

Daha sonra Elnur Əliyev incəsənət nümayəndələrinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim edildi. Təltif olunanlar arasında Xalq artistləri Nurəddin Mehdixanlı, Yalçın Adıgözəlov, Fuad Osmanov, Samir Cəfərov və digərləri vardı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb