Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2514

Festivalın ikinci günündə Cıdır düzündə qurulmuş səhnədə bir-birindən maraqlı ifalar təqdim olunub

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının davam etdiyi bugünlərdə səhnəni bir-birindən istedadlı, peşəkar ifaçılar bölüşür. Bu konsert proqramlarını dinlədikcə bir daha Azərbaycan musiqi sənətinin böyüklüyünə, rəngarəngliyinə heyrətlənməyə bilmirsən. Festivalın növbəti günü təqdim olunan daha bir konsert proqramı da öz möhtəşəmliyi ilə iştirakçıların yaddaşında həkk olundu.

Festivalın ikinci günündə Cıdır düzündə qurulmuş səhnədə Azərbaycanın “Cəngi” Estrada Folklor Ansamblı, həmçinin xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etnocaz qrupu yer alıb. Əvvəlcə “Cəngi” Estrada Folklor Ansamblı geniş və maraqlı konsert proqramı ilə çıxış edib.

Ansambl tamaşaçılar üçün Cavanşir Quliyevin “Bura vətəndir”, Vasif Hüseynin “Hüzur”, Xalq mahnısı “Leyla”, Vaqif Mustafazadənin “Qafqaz”, Eduardo Di Capuonun “O sole mio”, Polad Bülbüloğlunun “Aman, aman ayrılıq”, Oktay Kazımovun “Dağlar” və Vaqif Gərayzadənin “Ya sənindir, ya mənim” mahnılarını yüksək peşəkarlıqla ifa edib.

Konsert proqramı xanəndə Qoçaq Əsgərovla, tarzən Arslan Növrəslinin etnocaz qrupunun çıxışları ilə davam edib.

Qrupun ifa etdiyi “Bayatı kürd” kompozisiyası, “Blues-Muğam”, “Şur” kompozisiyası və “Yallı” Azərbaycan musiqisinin dərin təsir gücünə malik olduğunu bir daha təsdiq edib.

Qeyd edək ki, 2006-cı ildə Birinci Muğam Milli Televiziya Müsabiqəsinin qaliblərindən olan Qoçaq Əsgərov 2013-cü ildə BBC-nin təşkil etdiyi “Promenade” gecə konsertində Azərbaycan muğamını ilk dəfə olaraq “Royal Albert Hall”da səsləndirib.

Çoxsaylı festivallar, müsabiqələr laureatı və qalibi olan Arslan Növrəsli tar alətində ilk dəfə olaraq harmonik caz standartlarını tətbiq etmiş ifaçıdır. Tarda muğam, klassik musiqi, caz ifa edərək ölkəmizdə və onun hüdudlarından kənarda dövlət tədbirlərində çıxışlar edir, çoxsaylı solo konsertlər verərək yüksək səviyyəli musiqi kollektivləri ilə birgə səhnə bölüşdürür.

Xatırladaq ki, mayın 14-dək davam edəcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib