Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1243

Beynəlxalq konfransda “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusu müzakirə olunub

Şuşada keçirilən “Postmünaqişə dövründə humanitar gündəliyin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans dördüncü plenar sessiya ilə işini davam etdirib. 

Mayın 20-də gerçəkləşən sessiya “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi və ekosistemlərin qorunması” mövzusuna həsr olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin moderatorluğu ilə keçən sessiyada İCESCO-nun “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad əl-Ayni, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Başaran, biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasovun çıxışları dinlənilib. 

Qeyd olunub ki, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir. 

Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyi ərzaq qıtlığı və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. Azərbaycanişğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “Ağıllı kənd” layihəsi həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə baxımında əhəmiyyətli hadisədir. 

Moderator Rəşad Allahverdiyev çıxışlardan sonra qeyd edib ki, Azərbaycan milli və bəşəri mədəni irsin qorunmasına hər zaman xüsusi diqqətlə yanaşıb. 30 il müddətində işğal altında qalan ərazilərimizdə Ermənistan tərəfindən törədilən vandalizm bizləri məyus edir. Bu, Azərbaycana deyil, bütün bəşəriyyətin mədəniyyətinə və tarixinə qarşı törədilən cinayətdir. Hər bir xalq üçün onun tarixi və mədəni irsi çox önəmlidir.  Daha Sonra plenar sessiya mövzu ətrafında müzakirələrlə davam edib.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı