08.06.2018 05:01
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.
Məktəbin şagirdlərinin ifasında “Şur rəngi”, T.Quliyev “Bakı haqqında mahnı”, Niyazi “Arzu”, K.Qlyuk “Orfey operasından Ariya”, D.Şostakoviş “Vals şutka”, M.Parcxaladze “Qəmgin nəğmə”, M.Şmits “Caz notları”, F.Şopen “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.