Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3110

"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib

Mayın 28-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Şərqin ilk demokratik respublikası” mövzusunda videokonfrans keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 102 – ci ildönümünə həsr olunmuşdu. Videokonfransı giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu istiqamətində gördüyü işlər haqqında məlumat verdi. Vurğuladı ki, Cümhuriyyətin fəaliyyəti dövrlərində ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirilmişdir.

Sonra söz regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorlarına verildi. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirməsi, Azərbaycanın həmin Cümhuriyyətin varisi olması və 28 May Respublika günü kimi qeyd olunması haqqında verdiyi qərarlar haqqında məlumat verdi.

Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov Azərbaycan Xalq Cümhuriyyəti zamanı mədəni quruculuq istiqamətində görülmüş işlər haqqında məruzə ilə çıxış etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü haqqında Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova məlumat verərək, Gəncənin qədim adının özünə qaytarılması, ordu quruculuğu istiqamətində görülmüş işlər haqqında məruzə etdi.

Videokonfransda daha sonra Gəncə şəhər, Samux, Quba, Gədəbəy, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Qazax, Salyan, Şabran rayon Heydər Əliyev mərkəzlərinin direktorları Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymət verilməsi haqqında məruzələrlə çıxış etdilər. Vurğulandı ki, Heydər Əliyev Azərbaycana uğurlu rəhbərliyi sayəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi