Qobustan rayon Heydər Əliyev Mərkəzində Qanlı Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində yanvarın 18-də R.Behbudov adına Uşaq İncəsənət Musiqi Məktəbinin müəllim və şagirdləri xatirə mərasiminə toplaşıblar.
Tədbirdə əvvəlcə məktəbin rəssamlıq üzrə ixtisas alan şagirdlərinin 20 Yanvar hadisələrini əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib, sonra qanlı hadisələri əks etdirən videoçarx nümayiş olunub.
Məktəbin direktoru Zaur Cəfərov tədbirdə çıxış edərək Azərbaycanda azadlığın, müstəqilliyin şəhidlərin qanı bahasına qazanıldığını vurğulayıb. O, bu hadisələrin həm də Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu diqqətə çatdıraraq, faciə qurbanlarının əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib