Mədəniyyət naziri Sent-Kits və Nevis Federasiyasının UNESKO yanında daimi nümayəndəsini qəbul etdi
2343
02.07.2019
02.07.2019 07:08
İyulun 2-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Sent-Kits və Nevis Federasiyasının UNESKO yanında daimi nümayəndəsi Devid Doyl ilə görüşdü.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Ölkəmizin dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı. Gələcəkdə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Sent-Kits və Nevis Federasiyasının UNESKO yanında daimi nümayəndəsi Devid Doyl Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı.