Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2308

Abdulla Şaiqin Mənzil-Muzeyində Cəfər Cabbarlı yad edildi

2019-cu il martın 20-də Azərbaycan ədəbiyyatının klassiki, Azərbaycanın Əməkdar incəsənət xadimi, dramaturq, şair və nasir, teatr və kino xadimi, tərcüməçi, ssenarist, jurnalist, aktyor, rejissor Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam oldu.  Azərbaycan Respublikasının Prezidenti qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Prezidentin sərəncamını əsas tutaraq, Abdulla Şaiqin Mənzil Muzeyində Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar 23 may 2019-cu il tarixində tədbir keçirildi.

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Memarlıq və İncəsənət İnstitutunun alimləri, Cəfər Cabbarlının nəvəsi - Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Bağırova, Bakı şəhəri xatirə muzeylərinin,  Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin və Abdulla Şaiq adına kitabxananın əməkdaşları,  KİV nümayəndələri iştirak  etdilər.

Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açdı. Tədbir muzeyin böyük elmi işçisi Arzu Hacıyevanın “Cəfər Cabbarlının həyat və yaradıcılığı” mövzusunda məruzəsinin dinlənilməsi ilə davam etdi. Məruzədə C.Cabbarlının həyat və yaradıcılığına dair maraqlı faktlar səsləndirildi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Cəfər Cabbarlı yaradıcılığı  C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi Azərbaycan teatr tarixində C.Cabbarlının ədəbi-tənqidi məqalələrinin xüsusi yeri olduğunu qeyd etdi, pyeslərinin milli və bəşəri dəyərindən söz açdı. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri A.Bayramoğlu C.Cabbarlının şeir yaradıcılığından, L.Əsgərzadə qısa ömür yaşayıb böyük işlərə imza atan  ədibin “Ölkəm” şeirinin məziyyətlərindən, Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının dosenti Fərqanə Zülfüqarova C.Cabbarlı yaradıcılığının dünya dillərinə tərcümə edilməsinin gərəkliliyindən söz açdılar.

Tədbir C.Cabbarlının həyat səhifələrini əks etdirən slayd-şou ilə davam etdirildi.  Bədii hissədə ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim edildi: Azərbaycan İqtisad Universitetinin tələbəsi Yusif Cəfəbəyli  dramaturqun “1905-ci ildə” pyesindən “Azad bir quşdum” mahnısını;  AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, aktyor Əlləz Əhmədov C.Cabbarlının “Ana” şeirini; 3 saylı Uşaq və Gənclərin İnkişafı və Yaradıcılığı Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvü  Əlizadə Fidan “Oqtay Eloğlu” əsərindən Sevərin monoloqunu;  Azərbaycan Sənaye Universitetinin tələbəsi Firdus Kərimzadə Abdulla Şaiqin Cəfər Cabbarlıya həsr etdiyi “Solmaz və Sönməz” əsərini: Pedaqoji Universitetin tələbəsi Xanım Həsənxanova “Ey dan ulduzu” şeirini səsləndirdilər.

Sonda Cəfər Cabbarlının nəvəsi Qəmər Bağırova tədbirin keçirilməsi ilə bağlı Abdulla Şaiq Mənzil Muzeyinə, iştirakçılara və qonaqlara  minnətdarlığını bildirdi.  

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb