Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Ağcabədi şəhər Tarix-diyarşünaslıq muzeyi 18 May Beynəlxalq Muzeylər Günü münasibət ilə 16-18 may tarixlərində Açıq Qapı günü elan etmişdir. Tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də rayonda fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü keçirilib.
Muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, nümayiş etdirən maddi-mənəvi xəzinədir.
Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.
Tədbir “Muzeylər mədəniyyət mərkəzi kimi-ənənələrin gələcəyi” devizi altında keçirilmişdir. Muzeyə gələn qonaqlarmız Uşaq Gənclər İnkişaf Mərkəzinin Tikiş və Bədii qiraət dərnəyinin üzvləri, Ağcabədi şəhər 4 saylı körpələr evi-uşaq baxçasının uşaqları, şəhər 2, 3, 8, 12 saylı, Şahsevən kənd tam orta məktəbin şagird və müəllimləri olmuşdur.
Göstərilən tarixlərdə muzey ziyarətçiləri Beynəlxalq Muzeylər gününün yaranma tarixindən, muzeylərin hərbir xalqın tarixinin, adət-ənənlərinin qorunması və təbliğində rolu haqqında, habelə müasir Şirvan şəhərinin və onun yerləşdiyi ərazinin, tarix və mədəniyyət abidələrinin və digər mövzularda təşkil olunan ekskursiyalar və sərgilərə baxış keçirmişdir.