Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1713

Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib

Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət evində  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 08 avqust 2017-ci il tarixli 186 saylı əmrin icrasının təmin olunması məqsədilə müşavirə keçirilib.

Müşavirədə  Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Rza Quluyev, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov,  Cəfər Cabbarlı adına Azərbaycan Film Kino-Studiyasının direktoru Müşfiq Hətəmov və Ağdam rayon ictimaiyyətinin kinosevər nümayəndələri iştirak edirdilər.

Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Rza Quluyev Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar. Xalqımızın inlkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir” sözləri ilə açaraq “Dövlət sifarişi ilə çəkilmiş milli kinomuzun təbliği ” mövzusunda  məruzə ilə çıxış etdi.

R.Quluyev Azərbaycan kinosunun böyük bir dövrünün inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” və s. kimi filmlərin yaranmasında  və sovet senzurasından keçirilməsində xüsusi xidmətləri olduğunu bildirdi.  

Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Milli kinomuzun himayədarı Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixli Sərəncamı ilə hər il 2 avqust tarixinin Azərbaycanda kino günü kimi qeyd olunduğunu bildirdi.  Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğının hazırda Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Cəfər Cabbarlı adına Azərbaycan Film Kino-Studiyasının direktoru Müşfiq Hətəmov çıxışında milli kinonun inkişafında qarşıya çıxan çətinliklərdən və nailiyyətlərdən danışaraq dövlətin bu sahəyə diqqətinin getdikcə artdığını təqdirəlayiq hal kimi qiymətləndirdi.  M.Hətəmov böyüməkdə olan gənc nəslin formalaşmasında və milli ruhda tərbiyə olunmasında filmlərin əvəzsiz rol oynadığını,  bu sahədə rəqabətin davamlı olmasının vacibliyini bildirdi.  Müasir dövrdə çəkilmiş filmlərin baxımlı olması üçün peşəkar mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı.

Tədbirdə  Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi Şahin Qasımov, Ağdam Mərkəzi Kitabxana Sisteminin biblioqrafı Kəmalə Fərəcova çıxış edərək milli kinonun inkişafında təbliğat işinin vacib olduğunu bildirdilər. Əhali, xüsusən gənclər arasında təbliğatın düzgün qurulmasının böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində , müasir dövrün tələblərinə cavab verən peşəkar filmlərin çəkilməsində və nümayişində böyük məsuliyyətin tələb olunduğunu qeyd etdilər.

Müşavirənin sonunda “YARIMÇIQ XATİRƏLƏR” filmi nümayiş olundu.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi