Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1740

Ağdaşda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

18 Sentyabr 2018-ci il tarixində Ağdaş şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov Şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açmış, bəstəkarın ad günü münasibətilə ölkəmizdə,o cümlədən Ağdaş rayonunda  silsilə tədbirlərin keçirildiyini vurğulamışdır.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev çıxış edərək Üzeyir Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirmiş, dahi bəstəkarın yaradıcılığını Azərbaycan xalqının milli-mənəvi sərvəti adlandırmışdır. O, eyni zamanda bildirmişdir ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi münasibətilə "18 sentyabr - Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınmışdır. Bununla əlaqədar hər il respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər, festivallar təşkil olunur. Bu il də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilir. Tahir Əliyev çıxışının sonunda uşaq musiqi məktəblərinin müəllim və şagird kollektivinə yeni dərs ilində uğurlar arzulamışdır.  

Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Möhlüd Hacıxanov, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Mərkəzi Kitabxanasının direktoru Seyfəddin Feyzullayev öz çıxışlarında konsertdən mənəvi zövq aldıqlarını vurğulamış və belə bir tədbiri hazırladıqları üçün məktəbin kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.

Məktəbin qarşısında, açıq səma altında təşkil olunmuş tədbirdə Ağdaş şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin, Xalq çalğı alətləri ansamblının, eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilmiş, məhşur “O olmasın bu olsun” əsərindən səhnəcik nümayiş etdirilmişdir.

Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayon məktəbliləri iştirak etmişlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi