16.01.2019 04:55
Paytaxtdakı 167 və 177 nömrəli tam orta məktəblərin şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Baş İdarədən bildirilib ki, mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olan şagirdlərə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya şagirdlərdə zəngin təəssüratlar yaradıb.