Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2000

Akademik Teymur Bünyadov Xalça Muzeyində “Azərbaycan xalça sənəti”ndən danışdı

Fevralın 3-də Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş tarixçi-etnoqraf alim, əməkdar elm xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun “Azərbaycan xalça sənəti” adlı mühazirəsi təşkil olundu.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, muzey bu ildən etibarən muzeyin yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr olunmuş silsilə mühazirələr keçirir. O, belə şəxsiyyətlərdən birinin dəyərli ziyalı, akademik Teymur Bünyadov olduğunu deyərək, görkəmli alimin Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs etdi. “Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də 1992-ci ildən muzeyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olmuşdur. Muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda da fəal iştirak etmiş, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq məlumatların əldə edilməsində böyük əməyi olmuşdur” – deyə Şirin Məlikova qeyd etdi. O, bildirdi ki,Teymur Bünyadov “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun hazırlanmasının təşəbbüskarıdır. Ümumilikdə 30-dan artıq kitabın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla barabər, həm də bu elmin daxilində “tarixi etnoqrafiya məktəbi”nin əsasını qoyub. 

Teymur Bünyadovun çoxillik elmi, bədii və publisistik yaradıcılığından da söz açan Şirin Məlikova onun hər zaman Azərbaycanın müstəqilliyini, dövlətçiliyini uca tutan ictimai-siyasi xadim olduğunu bildirdi. Görkəmli alim elmi, pedaqoji və ictimai-siyasi xidmətlərinə görə, 2005-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bu il yanvar ayının 18-də Prezident İlham Əliyev Teymur Bünyadovun 90 illik yubileyi ərəfəsində Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Şirin Məlikova Xalça Muzeyinin adından dəyərli alimi bu münasibətlə bir daha təbrik etdi.

Akademik Teymur Bünyadov çıxış edərək mühazirənin təşkilinə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra o, “Azərbaycan xalça sənəti” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan xalça sənətinin tarixindən, inkişafından danışan görkəmli akademik Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətini, xalqımızın maddi-mənəvi, mədəni sərvətini özündə yaşadan xalça nümunələrini qoruyaraq yaşatdığını, Azərbaycan xalçalarını təbliğ etməklə, xalqımızın mədəniyyəti və incəsənətinə dəyər vermək hisslərini aşıladığını bildirdi.

Sonda akademik Teymur Bünyadova Azərbaycan Xalça Muzeyi adından təşəkkür diplomu və hədiyyə təqdim olundu.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb