07 avqust 2017-ci il tarixdə Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Kitab mənim ən yaxın dostumdur” adlı mütaliə saatı keçirilmişdir.
“Mütaliə saatı”nın keçirilməsində əsas məqsəd kitabxanada olan kitablarla məktəbliləri tanış etmək, onların mütaliə mədəniyyətinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətinin zənginləşməsinə kömək etmək, kitaba olan marağını artırmaq, qiraət etməyə həvəsləndirməkdən ibarətdir.
Kitabxanaçılardan Sürəyya İsayeva və İntizar Nəsirova uşaqlara “Min bir nağıl”, “Yurd içində gəzişmələr”, “Hansı peşəni seçim”, “Alnımın yazısı - Vətən” və s. kitablardan bəhs etmişlər.
Tədbirdə uşaqlar mütaliə etdikləri əsərlər haqqında öz fikirlərini söyləmişlər və kitabxananın fonduna daxil olan yeni kitablar ilə tanış olmuşlar. Tədbir uşaqların marağına səbəb olmuşdur.