Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
369

Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib

Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Astara rayonu üzrə abidə mühafizəçilərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov çıxış edib. Bildirib ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may - Beynəlxalq Muzeylər Günü bütün dünyada hər il geniş qeyd olunur.

Bildirilib ki, bu əlamətdar gün münasibətilə ölkəmizdə də silsilə tədbirlər keçirilir. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən, Beynəlxalq Muzeylər Günü münasibətilə hər il 18 may tarixində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda “Açıq qapı günü” keçirilir.

Əlamətdar gün münasibətilə muzey işçilərini təbrik edən Ş.Bayramov çıxışında muzeylərin əhəmiyyəti, ölkəmizdə yaradılmış unikal, o cümlədən əsrlikdə qalan muzeylər barədə məlumat verib.

Tədbirdə Astara Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovanın “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” mövzusunda məruzəsi dinlənilib.

Diqqətə çatdırılıb ki, muzeylər təkcə tarixin qorunduğu məkan kimi deyil, eyni zamanda onu təbliğ edən bir mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Tarix və mədəniyyət abidələrinin mühafizəçisi Nadirə Dadaşova, muzeyin baş fond mühafizi Şahin Əliyev çıxışlarında düşmən işğalı altında qalan muzeylərdən, muzey əşyalarının hər birinin tarixin müəyyən dövrlərini özündə əks etdirməsi və onların qorunması işinin çətin olduğu qədər də şərəfli olduğunu bildiriblər.

Abidə mühafizəçisi, şair İlham Haqverdiyev Astara Tarix-Diyarşünaslıq Muzeyinə həsr etdiyi şeiri söyləyib.

Tədbir iştirakçıları UNESCO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi ilə təşkil edilmiş sərgi ilə də tanış olublar.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb