Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1420

ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi ilə ali təhsil müəssisəsində “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda görüş təşkil olunmuşdur.  Maarifləndirici tədbirdə ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırmışdır ki, ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ilk üzv olduğu təşkilatlardan biri məhz İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan Respublikası İƏT-nin, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır.Təsadüfü deyil ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İ.Mədətov qeyd etmişdir ki, tədbirlər paketi çərçivəsində universitetdə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə təşkil edilmiş görüş xüsusilə yaddaqalan olacaqdır.

      ATMU ailəsi tərəfindən səmimi qarşılandığı üçün təşəkkür edən  Rəşad Məcid Ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğunu tarixi faktlar əsasında şərh etmişdir.Ümummilli lider Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlandığını, dövlət - din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsi istiqamatində, xarici siyasət kursunda məhz  İslam amilinə xüsusi diqqət və önəm verdiyini konkret faktlar əsasında isbatlamışdır. Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı olduğunu diqqətə çatdırmışdır.

ATMU-da R.Məcidlə təşkil olunmuş  maarifləndirici görüşdə iştirakçılar tərəfindən Prezident İlham Əliyevin, o cümlədən “İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir”, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi “Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, önun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin konkret göstəricisidir” kimi dəyərli fikirlərləri səsləndirilmişdir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib