ATMU-nun İnsan resursları şöbəsinin müdiri Avtandil Bayramov “Fəxri turizm işçisi” döş nişanı ilə təltif edilib
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnsan resursları şöbəsinin müdiri, dosent Avtandil Rəhim oğlu Bayramov təhsil sahəsində səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı ilə təltif edilib.
Mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev “Fəxri turizm işçisi” döş nişanını Avtandil Bayramova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Avtandil Bayramov 17 aprel 1953-cü ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. Müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə işləyib. 2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışır.