21.02.2018 12:29
Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dördüncü sayı çapdan çıxIb. Jurnala daxil edilən məqalələrdə mədəni irs turizminin inkişafı baxımından beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda ənənəvi sənətkarların əl işlərinin satınalma prosesində marketinq fəaliyyətinin ilkin şərtləri, eləcə də etnoqrafik turizmdə multukultural inkişaf faktoru kimi məsələlər araşdırılıb və tədqiqat nəticələri ətraflı təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz.