18.04.2018 04:32
20 aprel 2018-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Avtoportret” sənədli filminin təqdimatı olacaq.
Dövlət sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan film görkəmli rəssam, Əməkdar İncəsənət Xadimi Eyyub Hüseynovun həyat və yaradıcılıq yoluna həsr edilib. Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən olan E.Hüseynov zəngin yaradıcılıq yolu ilə keçməklə yanaşı uzun illər Bakı Rəssamlıq Texnikumunda müəllim, daha sonra isə direktor olmuş, bir çox rəssamlar nəslinin yetişməsində böyük rol oynamışdır.
Sözügedən filmin ssenari müəllifi və rejissoru Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur.