Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2583

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç vəfat etmişdir

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç  2019-cu il  oktyabr ayının 7-də ömrünün 64-cü ilində vəfat etmişdir.

Saprıkin Aleksey Alekseyeviç  18 avqust 1955-ci ildə  Bakı  şəhərində  anadan olmuşdur. O, 1972-75-ci  iIlərdə  S.M.Şteynberqin,  1980-82-ci illərdə C.Səlimovanın  teatr studiyalarında staj keçmiş, 1991-92-ci illərdə Bakı Kamera Teatrında aktyor vəzifəsində çalışmışdır.

1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış,  operativ kəşfiyyat bölümündə baş leytenant hərbi dərəcəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997-2000-ci illərdə isə Azərbaycan Dövlət Texniki Universitetinin “Hərbi kafedrası”nda müəllim vəzifəsində çalışmışdır.

 A.Saprıkin  2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək  Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində  çalışmışdır.

Uzun müddət Azərbaycan Dövlət  Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif  səpkili rəngarəng obrazlar qalereyası yaratmışdır.

İstedadlı aktyor və gözəl insan  Aleksey Saprıkinin əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Azərbaycan  Teatr Xadimləri  İttifaqı

Azərbaycan Dövlət  Akademik Rus Dram Teatrı

08.10.2019  Bakı şəhəri

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib