Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
690

Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır

Mütəmadi repertuarında dəyişikliklər edən, yeni nümunələrlə yanaşı klassik ədəbi materialları fərqli quruluşlarda teatrsevərlərə təqdim edən Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır.

Bu dəfə balaca tamaşaçılarımıza hamımızın  az qala əzbər bildiyi və bu günədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” təqdim olunacaq.

Mikayıl Müşfiqin qeyd olunan  məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək.

Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.

Müəllif matearialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.

Kukla tamaşasının bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. O, musiqilərində mətn müəllifinin şeir nümunələrindən istifadə edib.

Uşaqlara klassik nağıl nümunəsini tam yeni, fərqli və çağdaş boyalarla təqdim edən tamaşa fevralın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

XƏBƏRLƏR

22.06.2018 11:33
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
22.06.2018 11:07
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı başlayır
21.06.2018 14:59
Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq
21.06.2018 12:42
Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günləri keçiriləcək
21.06.2018 09:35
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirinin iştirakçıları Naxçıvan ilə tanış olublar
21.06.2018 09:29
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub
20.06.2018 17:50
“Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirilib
20.06.2018 17:48
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbiri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
20.06.2018 15:18
Səyyar yay seminar-treninqlərin keçirilməsinə qərar verildi
20.06.2018 15:00
Milli Kitabxanada “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilmişdir
20.06.2018 14:28
Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək
20.06.2018 10:25
Azərbaycan Respublikasının mədəniyyət naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
19.06.2018 16:41
Tacikistanla mədəni əməkdaşlığın geniş perspektivləri var
19.06.2018 16:33
“Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür”
19.06.2018 14:52
Əbülfəs Qarayev Özbəkistanın mədəniyyət naziri ilə görüşdü
19.06.2018 14:06
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018 12:01
20 iyun Naxçıvanda keçiriləcək “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirində iştirak edəcək xarici qonaqlar artıq Bakıdadır
14.06.2018 16:36
Siyəzən Rayon Heydər Əliyev Mərkəzində "15 İyun Milli Qurtuluş Günü" nə həsr edilmiş sərgi təşkil edilmişdir
14.06.2018 16:29
Nazir Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
14.06.2018 16:13
Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub
14.06.2018 15:48
Milli Kitabxanada “15 iyun - Milli Qurtuluş günüdür” adlı sərgi keçirilmişdir
14.06.2018 15:00
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla iştirak edib
14.06.2018 14:12
Nazir Əbülfəs Qarayev Qazaxıstan nümayəndə heyəti ilə görüşdü
14.06.2018 12:32
Hacıağa Abbasovun 130 illik yubiley tədbiri keçirilib
14.06.2018 11:49
Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq
13.06.2018 17:36
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib, şəhərin kitabxanalarına Azərbaycana dair kitablar hədiyyə olunu
13.06.2018 17:18
Uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələr təqdim olundu
13.06.2018 11:13
“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinin yekun sərgisi
12.06.2018 16:28
Özbəkistanın Səmərqənd şəhərində “Azərbycan Mədəniyyət Həftəsi”nin açılışı olub
12.06.2018 16:27
Muzeylərin əməkdaşları üçün təcrübə kursları keçirilmişdir
12.06.2018 16:26
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivala dəvət alıb