Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1078

Azərbaycan Dövlət Pantomima Teatrı 25 yaşını qeyd edir

2019-cu il may ayının 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur

Bununla bağlı 16 may tarixində 19:00 da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Dövlət Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq.

Tamaşadan əvvəl Teatrın foyesində  onun 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.

1994-cü ildə Xalq artisti Bəxtiyar Xanı-zadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradıldı. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verildi.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və b. bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış etmişdir. Gürcüstanda (1998, 1999, 2000, 2009, 2016), Rusiyada (1999, 2002, 2007, 2014), Fransada (1999, 2008), Türkiyədə (1999, 2001, 2002, 2006), Bolqarıstanda (2000), İranda (2000, 2002), Almaniyada (2001, 2008), Hollandiyada (2002), Avstriyada (2003, 2007), Ukraynada (2003), Tatarıstanda (2005), Misirdə (2005, 2008), Finlandiyada (2007), Ərəbistanda (2007) Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir.

Hazırda teatrda 1 nəfər  Prezident mükafatçısıdır, 5 nəfər Respublikanın fəxri adlarını daşıyır.

 

 

 

XƏBƏRLƏR

18.02.2020 17:18
Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir