Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2001

Azərbaycan Dövlət Teatr Muzeyində Həsən Turabovun anadan olmasının 80 illik yubileyi qeyd edildi

8 iyun 2018-ci il  tarixində Cəfər  Cabbarlı  adına   Azərbaycan   Dövlət   Teatr  Muzeyində  xalq artisti, “Şöhrət” ordenli, teatr və kino sənətinin görkəmli nümayəndəsi Həsən Turabovun anadan olmasının 80 illik yubileyinə  həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan  Dövlət  Film Fondunun,  Azərbaycan  Respublikası Kinematoqrafçılar  İttifaqının və  C.Cabbarlı adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyinin  birgə təşkilatçılığı ilə baş tutmuşdur.        

Tədbiri giriş sözü ilə Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açmışdır. Tədbir çərçivəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan  Dövlət Akademik Milli Dram Teatrının bədii-rəhbəri və  direktoru Azərpaşa  Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, əməkdar incəsənət xadimi, kinorejissor  Əbdül Mahmudov, xalq artisti,professor, kinorejissor Eldar Quliyev, xalq artistləri  Hacı İsmayılov və “Şöhrət” ordenli  Rafiq Əzimov sənətkarın həyat və  yaradıcılığından söhbət açmış, öz xatirələrini söyləmişdirlər. Həmçinin tədbirdə aktyorun çəkildiyi kinofilmlərdən, oynadığı teatr tamaşalarından ibarət  kadrlar  nümayiş olunmuşdur.  Sonda aktyorun ailəsi adından,  oğlu  Yalçın  Turabov  çıxış edərək  tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirmiş, atası ilə  bağlı  xatirələrini bölüşmüşdür.     

Tədbirə dəvət olunmuş  qonaqlar  arasında ”Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikası Kinematoqrafçılar  İttifaqının  sədri  Şəfiqə  Məmmədova,  yazıçı, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Natiq Rəsulzadə, Azərbaycan  Dövlət  Film  Fondunun kollektivi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri, S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin rəhbərliyi, H.Turabovun ailə üzvləri,  muzey əməkdaşları və media nümayəndələri də olmuşlar.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib