15.01.2018 12:00
Yanvarın 14-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan teatr sənətinin parlaq simalarından biri, Xalq artisti, rejissor Tofiq Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş "Tofiq Kazımov - 95" adlı kitab sərgisi açılmışdır. Sərgidə Tofiq Kazımovun müəllifi olduğu kitablar, rejissor haqqında görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər, haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənmişdir. Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq, Xalq artisti Tofiq Kazımovun zəngin yaradıcılığından söz açmışdır. Nümayiş olunan kitab və dövri mətbuat nümunələri geniş oxucu marağına səbəb olmuşdur. Milli Kitabxanada açılan sərginin nümayişi davam edir.