Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4180

Azərbaycan Milli İncəsənət Muzeyi “Mədəni İrs: İctimaiyyət və rəqəmsal dövrə keçid” adı altında beynəlxalq konfransda təmsil olunub

İyul 11-də Estoniyanın Tartu şəhərində Avropa Komisiyyası və Estoniya Muzeyinin moderatorluğu və Avropa İrs Günlərinin birgə əməkdaşlığı ilə “Mədəni İrs: İctimaiyyət və rəqəmsal dövrə keçid” adı altında beynəlxalq konfrans öz işinə başlayıb. 3 gün davam edən konfransda beynəlxalq irsin qorunub saxlanılması və rəqəmsal texnologiyaların tərəqqisi sahəsində müzakizələr aparılıb.

Konfransın açılış mərasimi 12 iyul tarixində Estoniya Milli Muzeyində baş tutub. Giriş sözü ilə tədbiri açıq elan edən Estoniya Respublikasının Mədəniyyət naziri İdrak Saar texnologiyanın həyatımızda mühüm əhəmiyyət kəsb etdiyini, gündəlik həyatımızın ayrılmaz bir hissəsi olduğunu bildirərək mədəniyyət sahəsində müasir texnologiya və rəqəmsal daşıyıcılardan yararlanmağın vacibliyini vurğuladı. Həmçinin, nazir öz çıxışında qeyd etdi ki, tarix unudulur və yenidən təkrarlanır. Məhz bu səbəbdən də mədəni irsimizi unutmamalıyıq. Cənab Saar konfransda səsləndirilən fikirlərin gələcəkdə mədəni irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində istifadə ediləcəyindən əmin olduğunu bildirdi.

Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə baş direktor müavini Cens Numand Kristensen çıxışında konfransın 3 vacib məqamına toxundu. İlk olaraq belə bir fikir səsləndirdi ki, mədəniyyət yalnız kiçik elit qruplarla məhdudlaşdırılmamalı, ümumi ictimaiyyət üçün açıq olmalıdır. Daha sonra isə yaradıcı insanlarda rəqəmsal dünyaya olan marağın çoxaldılmasının zəruriliyindən danışdı. Belə ki, müəllif hüquqları pozulmadan hər bir yaradıcı şəxs öz əsərini elektronlaşdırmalı və böyük kütlə üçün əlçatan etməlidir. Müasir dövrdə incəsənət əsərini görmək üçün artıq uzaq məsafələr qət etməyə ehtiyac yoxdur. Sadəcə monitorun qarşısında oturaraq istənilən sənət əsərinin izlənilməsi mümkündür. Həmçinin mədəni irsin nəsildən-nəsilə ötürülməsi prinsipi də Cens Krestensen tərəfindən irəli sürüldü. Muzey və arxivlərin ictiamiyyət üçün əlçatılan edilməsi məqsədilə mədəniyyət sahəsində hüquqi istahatlar həyata keçərilməli, mədəni irs rəqəmsallaşdırılmalıdır.

“Mədəni İrs: İctimaiyyət və rəqəmsal dövrə keçid” konfransında dünyanın müxtəlif dövlətlərindən mədəniyyət nümayədələri iştirak edir. Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova müharibədə itirilən rəqəmsallaşdırılmamış mədəni irsin gələcək nəsillərə necə ötürülə bilinməsi ilə bağlı konfrans nümayəndələrinə sual ünvanladı. Milan Universitetinin professoru, konfransın hed layneri Pyer Sakko bu məsələnin fundamental olduğunu və bir mənalı cavablandırılmasının mümkünsüzlüyünü qeyd edərək, sənət abidəsinin müasirləri tərəfindən sözlə təsvir edilərək fiziki də olmasa, maketini bərpa edib gələcək nəsillərə ötürmək imkanını təklif etdi. Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş katibi Benedikt Selfslaq  əlavə olaraq bildirdi ki, bu məsələdə cəmiyyətin və ekspertlərin üzərinə böyük məsuliyyət düşür. Müharibə və dövlətlərarası münaqişələrə baxmayaraq, millətlər mədəni irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində bir-birinə dəstək olmağın zəruriliyini bildirdi.

İlk gündə həmçinin, muzeylərə, kitabxana və arxivlərə tamaşaçı marağının azalması mövzusunda müzakirə aparılıb. Belə ki, müasir metodlardan istifadə etməklə əyləncəli formatda tədbirlər və layihələr hazırlayaraq izləyicilərin diqqətini qazanmağın zəruriliyi vurğulandı. Digər önəmli problem isə maliyyə məsələsinin həllidir. İstənilən müəssisənin daimi gəlir yerinə ehtiyacı var, təhsil və mədəniyyət ocaqlarına qrantlar ayrılsa da, müvəqqəti olduğundan uzunmüddətli gəlir yerinin tapılması olduqca önəmli məqamdır. Bu problem və həmçinin tamaşaçıların mədəniyyət müəssilərinə cəlb olunmasında innovativ fikirlər və proyektlərin mühüm rol oynaması da müzakirə olundu.

12-13 iyul tarixlərində keçirilən konfransın sessiyaları “Yerli mədəni irsin inkişafı”, “Rəqəmsal dövrdə ictimaiyyətin inkişafı”, “Mədəni irs sosial birlik və iqtisadi inkişafı sürətləndirən vasitə kimi” və “Rəqəmsal irsin və müəllif hüquqlarının müzakirəsi” məsələlərinə həsr olunub.

Konfransın yekunu olaraq bağlanış mərasimində sessiya və seminarların nəticələri səsləndirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb