Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1359

Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir

Fevral ayının 15-i, günün birinci yarısında Qara Qarayev ilinin açılışında iştirak etmək üçün Ankaraya gələn Azərbaycan nümayəndə heyətini Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman qəbul etmişdir. Görüşdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə Qara Qarayevin tələbəsi olduğunu söyləmiş, onun yaratdığı dünyaca məşhur əsərlər haqqında nazir müavininə ətraflı məlumat vermiş, Azərbaycanda və bütün dünyada ölməz bəstəkarın çox sayda tələbələri və davamçıları olduğunu xüsusi vurğulamışdır. Firəngiz Əlizadə dahi bəstakarın əsərlərinin dünya miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən bəhs etmişdir. Çıxışının sonunda Firəngiz Əlizadə Qara Qarayevin əsərlərindən ibarət audio diski nazir müavininə təqdim etmişdir.

Sonra çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov dahi Qara Qarayevin keçmiş sovetlər birliyində və dünyada çox məşhur bir bəstəkar olduğunu demiş, onun milli musiqinin əsaslarını dahi bəstəkarımız Üzeyir Hacıbəylidən, klassik musiqinin sirlərini isə məşhur rus bəstəkarı Dmitri Şostakoviçdən öyrəndiyini söyləmişdir. Qara Qarayev hələ tələbə ikən dünya musiqi mədəniyyəti tarixində inqilabi addım hesab olunan musiqi əsərləri yaratdığına görə müəllimi Dmitri Şostakoviç Qara Qarayevi öz tələbəsi yox, həmkarı və müasiri adlandırmışdır. Çıxışının sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında foto albomu nazir müavininə təqdim etmişdir.

Nazir müavini Hüseyin Yayman dahi Azərbaycan bəstəkarı Qara Qarayev haqqında bu bilgilərə görə təşəkkür bildirərək bəstəkarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sənətkarı olduğunu xüsusi vurğulamış, bəstəkarın əsərlərinin bütün dünyada sevilərək ifa olunduğunu söyləmişdir. Görüşün sonunda Hüseyin Yayman Türkiyə haqqında foto albomu və İstanbul haqqında kataloqu görüş iştirakçılarına və Milli Kitabxanaya hədiyyə etmişdir. Görüşdə TÜRKSOY-un baş katibinin yardımçısı Fırat Purtaş və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da iştirak etmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi