Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1811

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ötən ili uğurla başa vurub

2017-ci il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üçün uğurlu il kimi yadda qalıb.

Ötən il ərzində kino sahəsində böyük əməyi olan xadimlərin yubileyləri qeyd olunub, müsabiqələr və digər tədbirlər həyata keçirilib. Görkəmli kinorejissor, Xalq Artisti Rasim Ocaqovun adına təqaüd təsis olunub. Təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi, I qrup əlil Masər Həsənova verilib. Rusiya Kinematoqrafçılar İttifaqının dəvəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq Artisti Oqtay Mirqasımov Moskva şəhərində SSRİ Xalq Artisti, görkəmli türkmən kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyində iştirak edib.

İttifaqın elan etdiyi “Yeni nəfəs-1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı film fevralın 20-də “Azərbaycan” kinoteatrında təqdim edilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevral-may aylarında Əməkdar İncəsənət xadimləri Əlisəttar Atakişiyev, Arif Nərimanbəyov, Fikrət Əliyev, oktyabr-noyabr aylarında isə Xalq artistləri Ağasadıq Gəraybəyli və Nodar Şaşıqoğlunun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.

İttifaqın qərarı ilə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Milli Kino mükafatı Xalq Artisti, kinorejissor Vaqif Mustafayevə verilib. Həmçinin, 2 avqust Milli Kino Günü münasibətilə bir qrup kino xadimi mükafatlandırılıb.

İttifaq iyulda “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib və qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək pul mükafatı və diplomlarla təltif olunublar.

Oktyabrın 16-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi ilə reallaşan görüşdə birgə tədbirlərin keçirilməsi müzakirə olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib, sonra rejissorun çəkdiyi “Buzlaqlarda qadın” sənədli filmi tamaşaçılara təqdim olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2018-ci ildə də bir sıra uğurlu layihələrə imza atacaq.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb